Türkiyədə güclü zəlzələ oldu, ölən var - YENİLƏNDİ3

Türkiyədə güclü zəlzələ oldu, ölən var - YENİLƏNDİ3
11.08.2025 01:00 Dünya

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O əlavə edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.

Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.


***


23:15


Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O əlavə edib ki, hazırda jandarm əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.


***


22:30


Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.

TodayPress TV xəbər verir ki, dağıntılar altından dörd nəfər çıxarılıb.


***


21:45


Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Dağıntıların altında insanların qalıb- qalmaması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.


***


21:15


Türkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalıq zəlzələ olub.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Təbii fəlakətin fəsadları barədə hələ məlumat yoxdur.

XƏBƏR LENTİ
03 AVQUST 2026
Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 Bütün Xəbərlər