Suriyadan 26 nəfərin cənazəsi gətirildi, mülki şəxslər təxliyə olundu

Suriyadan 26 nəfərin cənazəsi gətirildi, mülki şəxslər təxliyə olundu
27.07.2025 14:45 Dünya

Suriyanın cənubunda yerləşən Süveyda vilayətində toqquşmalardan sonra druzi lider Hikmət əl-Həcrinin nəzarətində olan bölgələrdə mühasirədə qalan 360 mülki şəxs və döyüşlərdə həlak olmuş 26 nəfərin cənazəsi təxliyə edilib.

TodayPress TV xəbər verir ki, Suriya dövlət televiziyası "Əl-İxbariyyə"nin məlumatına görə, Həcriyə tabe olan silahlı qrupların nəzarətində olan şəhər mərkəzində qalan 360 mülki şəxs Dəra vilayətinin Busra əş-Şam yolu vasitəsilə müvəqqəti sığınacaq mərkəzlərinə çatdırılıb.

Süveydada druzi silahlı qruplarla ərəb əsilli qruplat arasında baş verən silahlı toqquşmalarda həlak olmuş 26 döyüşçünün cənazəsi Suriya Qızıl Aypara Cəmiyyəti və mülki müdafiə qrupları tərəfindən təhvil alınıb.

Mülki Müdafiə İdarəsinin rəhbəri Şadi əl-Həsən bildirib ki, Şam ətrafında 15, Dəra vilayətində isə 64 olmaqla ümumilikdə 79 müvəqqəti sığınacaq mərkəzində təxminən 31 min insan qalır.

Digər tərəfdən, Süveyda vilayətinin təhlükəsizlik üzrə rəsmisi Əhməd əl-Dələti 24 iyulda verdiyi açıqlamada bildirib ki, sonuncu təxliyə karvanı ilə şəhərdən çıxarılan 200 nəfərlə birlikdə təxliyələr tamamlanıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Bütün Xəbərlər