Qriqoryan Şoyqu ilə Vaşinqton görüşünü müzakirə etdi

Qriqoryan Şoyqu ilə Vaşinqton görüşünü müzakirə etdi
21.08.2025 18:05 Dünya

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı baş tutub. 

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Armen Qriqoryan Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar barədə Şoyquya məlumat verib. O, bölgədə sülhün bərqərar olmasının bütün region ölkələrinin maraqlarına cavab verdiyini vurğulayıb.

Qriqoryan həmçinin regional kommunikasiyaların açılması məsələsinə də toxunub və bununla bağlı yaranacaq iqtisadi imkanların əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, bu imkanlar bütün region ölkələrinin maraqlarına uyğundur.

Öz növbəsində, Sergey Şoyqu Rusiya və ABŞ prezidentlərinin Alyaskadakı görüşünün nəticələri barədə Qriqoryanı məlumatlandırıb.

Tərəflər, eyni zamanda, Ermənistan-Rusiya gündəliyinə dair digər məsələləri də müzakirə ediblər.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Bütün Xəbərlər