Oğuzhan Uğur həbs edildi

Oğuzhan Uğur həbs edildi
21.07.2026 09:50 Dünya

Türkiyədə “Ahbap” Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist və prodüser Oğuzhan Uğur da daxil olmaqla, daha doqquz nəfər həbs edilib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan 10 şübhəlinin məhkəmə prosesi Çağlayandakı İstanbul Ədliyyəsində başa çatıb.

Məhkəmənin qərarı ilə Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq “cinayətkar təşkilat yaratmaq”, “ağır dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə aparılır. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin araşdırmaları, Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) hesabatları və maliyyə əməliyyatlarının təhlili nəticəsində şübhəlilərin gəlirləri ilə uyğun gəlməyən yüksək məbləğli pul köçürmələri həyata keçirdikləri müəyyən edilib.

İstintaq materiallarında şübhəlilərin bir-birilərinə böyük həcmdə vəsait köçürdükləri, qumar hesablarına iri məbləğlər yatırdıqları və qısa müddətdə çoxsaylı daşınmaz əmlak əməliyyatları apardıqları iddia olunur.

Qeyd edək ki, istintaq çərçivəsində iyulun 12-də keçirilən əməliyyat zamanı “Ahbap” Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla, 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlarla birlikdə iş üzrə həbs olunanların sayı 18-ə çatıb.

İstintaq çərçivəsində dərnəyin və bəzi şübhəlilərin aktivlərinə də həbs qoyulub.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Hikmət Hacıyev Tural Sadıqlını biabır etdi : Vətənə xəyanət edən insanlara yazığım gəlir - VİDEO 16:31 Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General 16:23 İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət etdi 16:21 Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir 16:18 Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur 16:14 Prezident mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxundu 16:09 Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA 16:02 Almaniya - Rusiya cəbhəsində sürpriz güc: Berlin Bakıdan dəstək alacaq 15:52 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu 15:47 Bu qədər savaş, itki və ... — İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA 15:40 TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır 15:34 Yeni deportasiya əsasları təsdiqləndi: Əmrə tabe olmayan miqrantlar... 15:12 Klinika rəhbəri “Baku TV” əməkdaşlarına hücum etdi - VİDEO 15:06 İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək? 15:03 İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirildi - YENİLƏNDİ 14:27 “İmişli” “Qarabağ”ı darmadağın etdi 15:00 Kəlbəcərdə mina hadisəsi baş verdi 14:53 İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma 14:32 Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirildi - VİDEO 14:27 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 13:02 Xəstəxananın zirzəmisində ölü döl tapılması barədə məlumatlar araşdırılır - YENİLƏNDİ 14:11 Rusiya Zaporojyeni "alovlara" qərq etdi: Ölənlər var - VİDEO 13:55 Bütün Xəbərlər