Nyu-Yorkda Türk Günü Yürüşü keçirildi

Nyu-Yorkda Türk Günü Yürüşü keçirildi
17.05.2026 11:30 Dünya

Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə 43-cü Türk Günü Yürüşü keçirilib.

TodayPress TV Anadolu agentliyinə istinadla xəbər verir ki, bu yürüş erməni terror təşkilatı ASALA tərəfindən ABŞ-də türk diplomatlarının qətlə yetirilməsinə cavab olaraq, Türk Amerika Dərnəkləri Federasiyası (TADF) tərəfindən ilk dəfə 1981-ci ildə keçirilib və ənənə halını alıb. ABŞ-dəki Türkiyə missiyasının nümayəndələri, bəzi bürokratlar, Türkiyədən sənətçilər və müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının, həmçinin Azərbaycan və digər türk ölkələrinin nümayəndələri bu tədbirdə iştirak ediblər.

Türkiyə Prezidenti aparatının kommunikasiyalar üzrə rəhbərinin müavini Fərhat Pirincçi, Prezidentin baş müşaviri professor Çağrı Erhan, Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal, BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız və Nyu-Yorkdakı baş konsulu Mühittin Ahmet Yazal, eləcə də Türk-Amerika vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Medison prospektində Türkiyə və türk dövlətlərinin bayraqlarını dalğalandırıblar.

Yürüş zamanı Türkiyənin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk-Amerika icmasına göndərdiyi videomüraciət də nümayiş etdirilib.

Bununla yanaşı, Medison meydanında quraşdırılmış monitorda Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim sammitinə həsr olunmuş videoçarx təqdim olunub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər