Mariam Laşxi: ''Azərbaycan-Ermənistan sülh prosesinə Gürcüstanın töhfəsi mühüm əhəmiyyət daşıyır''

Mariam Laşxi: ''Azərbaycan-Ermənistan sülh prosesinə Gürcüstanın töhfəsi mühüm əhəmiyyət daşıyır''
28.10.2025 21:30 Dünya

Ermənistan və Azərbaycan arasında sülh prosesinə Gürcüstanın töhfəsi regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

TodayPress TV xəbər verir ki, bunu Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxi Ermənistan parlamentinin Elm, Təhsil, Mədəniyyət, Diaspor, İdman və Gənclər Komitəsinin sədri Sisak Qabrielyan və nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə Gürcüstan və Ermənistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb.

M.Laşxi çıxışı zamanı qeyd edib ki, regionun gücləndirilməsi və davamlı sülh siyasətinin həyata keçirilməsi üçün təhsil, elm və gənclər sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Ermənistanla bütün səviyyələrdə münasibətləri gücləndirmək və regionda sülhün bərqərar olunmasına töhfə vermək Gürcüstan üçün prioritetdir. Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi prosesinə verdiyimiz dəstəyə görə minnətdarlıq bildirilməsi bizi daha da həvəsləndirir," – M.Laşxi bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 Bütün Xəbərlər