ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq - KİV

ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq - KİV
27.05.2026 22:30 Dünya

“İrəliləyişlərə baxmayaraq, bəzi fikir ayrılıqları hələ də qalır”.

TodayPress TV APA-ya istinadən xəbər verir  ki, “Tasnim” agentliyi İran və ABŞ arasında aparılan danışıqların son vəziyyəti ilə bağlı hesabat yayıb.

Agentlik Məhəmmədbaqir Qalibafın İran parlamentinin sədri və ABŞ-la danışıqlarda İran nümayəndə heyətinin rəhbəri qismində Qətərə səfərinə toxunaraq bildirib ki, Qalibaf, Abbas Əraqçi və onları müşayiət edən nümayəndə heyətinin Qətərə səfərindən sonra İranın bloklanmış 12 milyard dollarlıq vəsaitinin azad olunması ilə bağlı müəyyən irəliləyiş əldə edilib. Bununla belə, məsələnin bəzi detalları hələ yekunlaşmayıb.

“Tasnim” qeyd edib ki, son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi maddələr, sözlər və ifadələrlə bağlı fikir ayrılıqları qalır və tərəflər arasında mesaj mübadiləsi davam edir.

Agentlik onu da əlavə edib ki, mövcud fikir ayrılıqları aradan qaldırıldıqdan sonra memorandum yekunlaşarsa, onun elan mexanizmi qarşılıqlı razılıq əsasında və birgə formada həyata keçirilməlidir. ABŞ tərəfindən birtərəfli açıqlamanın verilməsi isə tam qeyri-dəqiq ola bilər.

Məlumata görə, bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin başa çatmasının elan olunması, İranın bloklanmış aktivlərindən 12 milyard dolların azad edilməsi (ümumilikdə 24 milyard dollar), dəniz blokadasının aradan qaldırılmasına başlanılması və Hörmüz boğazının mərhələli açılması mümkün anlaşmanın ilkin addımları sırasında yer alacaq.

“Tasnim” sonda bildirib ki, ilk mərhələdən sonra nüvə məsələsi ilə bağlı danışıqlar üçün 60 günlük, uzadıla bilən müddət nəzərdə tutulur. İran ilkin mərhələdə zənginləşdirilmiş materiallar, fəaliyyətin dayandırılması və digər nüvə məsələləri ilə bağlı heç bir öhdəlik götürməyib.

Agentlik həmçinin vurğulayıb ki, İranın neft, neft-kimya məhsulları və törəmə məhsullarının satışına mane olan sanksiyalar danışıqlar dövründə dayandırılmalıdır.

“Tasnim” Hörmüz boğazı ilə bağlı da əlavə edib ki, boğazın açılması və dəniz blokadasının aradan qaldırılması 30 gün ərzində həyata keçiriləcək. İran bildirib ki, Hörmüz boğazından keçən gəmilərin sayı baxımından vəziyyət 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarıla bilər və blokada tamamilə aradan qaldırılmalıdır.

Agentlik qeyd edib ki, İslamabad danışıqlarından sonra İran və ABŞ arasında birbaşa görüş keçirilməyib və mesaj mübadiləsi, eləcə də mümkün memorandumun hazırlanması prosesi vasitəçi ölkələr üzərindən davam etdirilib.

“Tasnim” sonda mümkün memorandumun 14 bənddən ibarət ola biləcəyini vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Bütün Xəbərlər