Maduro sərhədə 25 min hərbçi yerləşdirdi

Maduro sərhədə 25 min hərbçi yerləşdirdi
08.09.2025 10:58 Dünya

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədə, həmçinin ölkənin Karib dənizi və Atlantik okeanı sahillərinə 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat prezidentin "Telegram" kanalında paylaşılıb.

Maduro bildirib ki, bu addım ölkənin milli suverenliyini, təhlükəsizliyini və sülhü qorumaq məqsədi daşıyır. O, eyni zamanda qeyd edib ki, sentyabrın 5-də 8 milyondan çox vətəndaşın səfərbər edilməsini planlaşdırır. Prezidentin sözlərinə görə, bu təşəbbüs ABŞ-nin Venesuelaya qarşı artan təzyiqlərinə cavabdır.

Qeyd edək ki, ABŞ və Venesuela arasında gərginlik sentyabrın əvvəlindən artıb. Sentyabrın 3-də ABŞ Prezidenti Donald Tramp narkotik alveri ilə məşğul olmaqda ittiham olunan “Tren de Araqua” qrupunun üzvlərinə qarşı tədbirlər görüldüyünü açıqlayıb.

Maduro isə bildirib ki, ABŞ bu iddiaları bəhanə edərək Venesuelanın təbii sərvətlərini ələ keçirmək məqsədi ilə ölkəyə hücum edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir? 20:08 "Neftçi"də daxili transfer: Dayaq nöqtəsi komandada qaldı 19:43 İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır" 19:55 Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı 19:17 İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir 19:26 Bütün Xəbərlər