Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı

Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı
04.06.2026 00:30 Dünya

Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola qızdırması simptomları olan beş məhbus nəzarətdən qaçıb.

TodayPress TV bildirir ki, bu barədə "Okapi" radiostansiyası mənbələrə istinadən xəbər verir.

Ötən həftənin sonunda Buniya mərkəzi həbsxanasının beş məhbusunda virusun simptomları aşkar edilib. Səhiyyə orqanları infeksiyanın həbsxana mühitində yayılmasının qarşısını almaq üçün dərhal onların köçürülməsinə dair göstəriş verib: onlardan ikisi Buniya xəstəxanasına yerləşdirilib, digər üçü isə şəhərin yaxınlığındakı Tvamparada yerləşən müalicə mərkəzinə göndərilib.

Polis əməkdaşları yoluxmaqdan qorxduqları üçün onlara mühafizə təyin etməyiblər. Bu, Buniyadakı iki məhbusa mayın 30-dan 31-nə keçən gecə qaçmağa imkan verib, iyunun 1-i səhər saatlarında isə Tvamparadakı digər üç məhbus onlara qoşulub.

Yerli orqanlar qaçan şəxslərin axtarışı ilə məşğuldur.

Konqo DR Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 363 Ebola halı təsdiqlənib, 116 nəfər karantindədir, 62 nəfər həyatını itirib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 Bütün Xəbərlər