Kallas: "Rusiyaya qarşı 21-ci sanksiyalar paketi hazırlanır"

Kallas: "Rusiyaya qarşı 21-ci sanksiyalar paketi hazırlanır"
21.04.2026 23:20 Dünya

Lüksemburqda Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının zəruriliyi ilə bağlı razılıq əldə olunub.

TodayPress TV xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas görüşün yekunlarına dair mətbuat konfransında deyib.

"İyirminci sanksiyalar paketinin vaxtı çoxdan çatıb. Ümid edirəm ki, yeni siyasi impulsu nəzərə alaraq sürətlə hərəkət edə biləcəyik", - o bildirib.

Kallas həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunun sürətləndirilməsindən əlavə, nazirlər artıq 21-ci paket üzərində işə başlamağı təklif ediblər.

O, həmçinin Aİ-nin sanksiya siyasətinə yanaşmasının dəyişdiyini bildirib. Nadir hallarda qəbul edilən böyük paketlər əvəzinə, Brüssel artıq daha çevik modelə keçib, məsələn, Rusiyanın "kölgə donanmasına" qarşı məhdudiyyətlər yeni gəmilər aşkar olunduqca tətbiq edilir. Bundan əlavə, Aİ-nin baş diplomatı qeyd edib ki, blok daxilində dezinformasiya kampaniyalarında iştirak edən şəxslərə qarşı əlavə tədbirlər təsdiqlənir.

Kallas vurğulayıb ki, Rusiyanın enerji gəlirlərinin məhdudlaşdırılması strategiyanın əsas elementi olaraq qalır: "Rusiya iqtisadiyyatına həqiqətən təsir edən şey neftə qarşı tədbirlərdir, çünki bu, müharibə (Ukraynaya qarşı - red.) aparmaq üçün əsas gəlir mənbəyidir. Ümumilikdə, Aİ təkcə sanksiya siyahılarını genişləndirmək deyil, həm də Moskvaya iqtisadi və siyasi təzyiqləri gücləndirmək üçün əvvəllər bloklanmış təşəbbüslərə qayıtmaq niyyətindədir".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər