İranda 22 ildə 11 ərini zəhərləyən qadına ölüm cəzası verildi

İranda 22 ildə 11 ərini zəhərləyən qadına ölüm cəzası verildi
11.08.2025 16:55 Dünya

İranın Mazandaran əyalətindən olan 56 yaşlı Gülsüm Əkbəri, 22 il ərzində 11 ərini zəhərləyərək qətlə yetirdiyini etiraf edib və hazırda ölüm cəzası ilə üz-üzədir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

İstintaqın versiyasına görə, Əkbəri 2000-ci ildən 2023-cü ilədək müxtəlif şəhərlərdə yaşlı və varlı kişilərlə evlənərək onların cehiz və mülklərini ələ keçirmək məqsədilə onları zəhərləyib. Qurbanların ölümü uzun müddət təbii səbəblərlə izah edildiyi üçün cinayətlər gizli qalıb.

Qadının istifadə etdiyi üsul təzyiq və şəkər dərmanlarının, sakitləşdiricilərin və sənaye spirtinin qarışığı ilə kişiləri tədricən zəhərləmək olub.

Əkbərinin 2023-cü ildə sonuncu qurbanı 82 yaşlı Qulamrza Babayi vəfat etdikdən sonra onun keçmiş davranışları ilə bağlı şübhələr yaranıb və ailə polisə müraciət edib. Araşdırmalar nəticəsində qadın saxlanılıb.

Cinayət işində 11 qətl və 1 adam öldürməyə cəhd faktı yer alır. Hadisə ilə əlaqəli 45-dən çox iddiaçı qadının ölüm cəzasına məhkum olunmasını tələb edir.

Qadının müdafiə tərəfi onun psixiatrik müayinədən keçməsi üçün müraciət etsə də, zərərçəkmişlərin ailələri qadının cinayətləri planlı şəkildə törətməsini əsas gətirərək bu tələbi rədd edib.

Prokurorluğun məlumatına görə, Əkbəri mərhum ərlərindən aldığı əmlakı qızının adına keçirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
25 IYUN 2026
TBMM-də ilk: Deputatlar ailə həyatı qurdular - FOTO 23:07 DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu 01:04 DÇ-2026: İsveçrə Kanadanı məğlub etdi 01:03 Bu ərazilərdə işıq OLMAYACAQ 23:10 Trampdan Ərdoğana tərif: “Nüfuzlu lider və mənim dostumdur” 00:52 Fransada tarixi istilər: temperatur 40 dərəcəyə çatdı 00:29 Sabah bu rayonda qaz olmayacaq 23:04 Obama Trampa: “Qarşımda olsa, belə danışmazdı” 00:19 AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Şotlandiya Braziliya matçı ləngiyə bilər - SƏBƏB 23:02 İsrail bu sövdələşməni pozmur - Rubio 22:37 Danimarkadan Ukraynaya dəstək: 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək 22:59 ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi 22:31 Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı 21:41 Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı 22:27 "Sabah" Avstriyada ilk yoxlama matçını keçirdi 22:47 700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir 22:25 BMT Livandakı son vəziyyəti açıqladı 22:23 İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO 22:23 İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu 21:28 ABŞ Türkiyəyə reaktiv mühərriklərin satışını təsdiqləyir? 21:58 Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ 21:09 İran ciddi güzəştlərə gedir - Tramp 21:41 ABŞ-də güclü zəlzələ BAŞ VERDİ 20:58 Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər 21:11 Bütün Xəbərlər