İki güləşçimiz dünya çempionatında finala yüksəldi

İki güləşçimiz dünya çempionatında finala yüksəldi
29.07.2025 21:50 Dünya

Azərbaycanın iki güləşçisi Yunanıstanın paytaxtı Afinada keçiriən U-17 dünya çempionatında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Hikmət Haqverdiyev (51 kq) debütdə rumıniyalı Andrey Pelean üzərində inamlı qələbə qazanıb – 7:0.

Həmyerlimiz daha sonra norveçli Abu Bakar Saqaya şans tanımayıb – 9:2. Hikmət yarımfinalda qırğızıstanlı İslam Kurbanovla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılıb – 4:3. Haqverdiyevin finalda rəqibi özbəkistanlı Otabek Tursunov olacaq.

Əli Nəzərov (60 kq) ilk mərhələdə gücünü xorvatiyalı Roko Kuriçə göstərib – 5:1. Güləşçimiz gürcüstanlı Lazare Qoqotişvili (10:1) və özbəkistanlı Humoyun Erkinovu (9:0) isə vaxtından əvvəl xalçadan məyus yola salıb. Əli yarımfinalda iranlı Əbülfəzl Eşağini ilk xal prinsipinə əsasən (1:1) üstələyib. Nəzərov sabah qızıl medal uğrunda qırğızıstanlı Amangəldi Ysakbayevlə mübarizə aparacaq.

Abdurrahman Hüseynli (45 kq) amerikalı Tales Silvayla (6:3) gürcüstanlı Saba Abaşidzeni (9:6) mübarizədən kənarlaşdırıb. Avropa çempionumuz yarımfinalda qırğızıstanlı Nurkerim Kumarbekovla bacarmayıb – 0:7. Abdurrahman sabah bürünc medal uğrunda Mustafa Güvən (Türkiyə) – Timur Məhərrəmov (Ukrayna) görüşünün qalibiylə güləşəcək.

Yusif Əhmədli (71 kq) startda türkiyəli Emirhan Çakıra tam üstünlüklə (8:0) qalib gəlib. Pəhləvanımız gürcüstanlı Giorgi Qoqelaşviliylə (7:2) tacikistanlı Alişer Ruzimadovu (9:5) da mübarizədən kənarlaşdırıb. Yusif finala çıxmağa da yaxın olub. Özbəkistanlı Bəhruzbek Vəliyevlə görüşdə 5 xallıq fərqlə önə keçən Əhmədli ikinci hissədə təşəbbüsü əldən verərək məğlub olub – 5:9. Milli üzvünün bürünc medal uğrunda görüşdə rəqibi Mohammad Kazımi (İran), Matias Onnenlehto (Finlandiya) və ya Radoslav Peryanski (Bolqarıstan) olacaq.

Səid Paşayev (92 kq) 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Paşayev sabah təsəlliverici görüşə çıxacaq. Həmyerlimiz moldovalı Vladislav Vasilevskiylə üz-üzə gələcək.

XƏBƏR LENTİ
24 IYUN 2026
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur 08:06 Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU 22:27 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları 22:23 Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər 22:25 Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı 22:17 Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi 22:15 Günəş qasırğası Yer kürəsini elektrik enerjisiz və internetsiz qoya bilər 22:13 DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 Bütün Xəbərlər