Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin hücuma məruz qalmasını pislədi

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin hücuma məruz qalmasını pislədi
15.11.2025 20:40 Dünya

Fransa 13-14 noyabr gecəsi Rusiyanın əsasən Ukraynanın paytaxtı Kiyevi, o cümlədən Azərbaycan səfirliyini hədəf alan kütləvi hücumlarını qətiyyətlə pisləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiyanın ilk növbədə Ukraynanın paytaxtı Kiyevi, onun enerji obyektlərini, yaşayış məntəqələrini, Azərbaycan səfirliyini və xəstəxananı hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralananların, o cümlədən uşaqların da olduğu kütləvi aviazərbələri qəti şəkildə pisləyir", - bəyanatda qeyd edilib.

Bildirilib ki, təxminən 430 pilotsuz uçan aparat və 18 raketin iştirak etdiyi bu irimiqyaslı zərbələr daha da eskalasiya təşkil edir və əlavə sübuta ehtiyac olarsa, Rusiyanın sülh istəyinin olmadığını nümayiş etdirir.

"Fransa Ukrayna, onun xalqı və hakimiyyət orqanları, Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəy olduğunu bildirir. Fransa Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir. Bütün tərəfdaşlar ilə birlikdə Ukraynaya dəstəyini artırmaq və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək öhdəliyini davam etdirəcəyik", - Fransa XİN əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
"Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bütün Xəbərlər