Çində kənd yollarının uzunluğu 4.6 milyon kilometri keçdi

Çində kənd yollarının uzunluğu 4.6 milyon kilometri keçdi
21.07.2025 11:36 Dünya

Çində kənd yollarının ümumi uzunluğu 2024-cü ilin sonuna 4.64 milyon kilometrə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Liu Vey 14-cü Beşillik Plan dövründə (2021–2025) əldə olunan nəqliyyat nailiyyətlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ölkədəki 500 mindən çox inzibati kənd asfalt yolla təmin olunub. Kənd yollarının 94.8 faizi “yaxşı” və ya “orta” keyfiyyət kateqoriyasına aiddir.

Liu qeyd edib ki, kənd yollarının inkişafı şəhər və kəndlər arasında insan, mal və informasiya axınını asanlaşdırıb, eyni zamanda kənd yerlərində yaşamaq və işləmək üçün əlverişli mühitin formalaşmasına töhfə verib.

Bundan əlavə, kənd yolları yerli sənayelərin inkişafına kömək etməklə yanaşı, yol təmiri kimi yeni məşğulluq imkanları yaradıb. Bu isə kənd sakinlərinə doğma yerlərindən uzaqlaşmadan iş tapmağa və gəlirlərini artırmağa şərait yaradıb.

Nazir əlavə edib ki, qarşıdakı dövrdə kənd yollarının keyfiyyəti, təhlükəsizliyi və xidmət səviyyəsinin artırılması məqsədilə yeni inkişaf mərhələsinə start veriləcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
08 AVQUST 2026
17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Bütün Xəbərlər