Bir neçə ölkə ABŞ ilə ticarət danışıqlarını təxirə saldı

Bir neçə ölkə ABŞ ilə ticarət danışıqlarını təxirə saldı
22.02.2026 16:38 Dünya

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin idxal rüsumları ilə bağlı genişmiqyaslı qərarını ləğv etməsindən bir neçə gün sonra yeni qlobal tarifləri artıraraq 10 faizdən 15 faizə çatdırıb. Bu xəbər dünyanın yenidən gündəminə gəlib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social " platformasında paylaşım etmişdi.

Reuters bu qərarda dünya ölkələrinin münasibətinin kəskin olduğunu bildirib. Artıq bir neçə ölkə ABŞ ilə ticarət danışıqlarını təxirə salıb.

Qeyd edək ki, şənbə günü qəbul edilən qərar Vaşinqtonun indiyədək topladığı təxminən 133 milyard dolların geri qaytarılması tələbi ilə dünyanın müxtəlif ölkələrində biznes və hökumətlərin müraciətləri fonunda verilib.

Tramp paylaşım edərək artımın “dərhal qüvvəyə mindiyini” bildirib və bu addımın cümə günü "Supreme Court of the United States" tərəfindən qəbul edilmiş “mənasız, zəif yazılmış və son dərəcə anti-Amerika qərarın” nəzərdən keçirilməsi əsasında atıldığını qeyd edib.

Ali Məhkəmə altı səslə üç səsə qarşı qərar verərək Trampın tarifləri birtərəfli qaydada müəyyən etməsinin və dəyişdirməsinin konstitusiyaya zidd olduğunu bildirib, çünki vergi qoymaq səlahiyyəti ABŞ Konqresinə məxsusdur.

Məhkəmənin qərarı Trampın "Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı" çərçivəsində demək olar ki, bütün ölkələrə tətbiq etdiyi tarifləri ləğv edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Bütün Xəbərlər