Aİ Venesuelaya 5 milyon avro ayırdı

Aİ Venesuelaya 5 milyon avro ayırdı
28.06.2026 16:40 Dünya

Avropa İttifaqı zəlzələdən zərər çəkən Venesuelaya dəstək üçün 5 milyon avro ayırıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə telefon danışığından sonra X sosial şəbəkəsində yazıb.

“Mən Venesuelada dağıdıcı zəlzələdən sonra Delsi Rodrigeslə telefon danışığı apardım. Aİ artıq zərər çəkən yaşayış məntəqələrinə təcili yardım kimi 5 milyon avro ayırıb. Biz Avropa Mülki Müdafiə Mexanizmini işə salmışıq və bir neçə üzv dövlət operativ şəkildə axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb personalı göndərib”, - deyə o, yazıb.

Kallas əlavə edib ki, Venesuelada xilasedicilərə Aİ-nin “Kopernik” peyk sistemi də dəstək göstərir. Bu sistem yardımın ən çox ehtiyac duyulan ərazilərə yönəldilməsinə kömək edir.

Qeyd edək ki, zəlzələ Venesuelada iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra təxminən 300 afterşok baş verib.

TodayPress TV 

XƏBƏR LENTİ
13 AVQUST 2026
Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 Bütün Xəbərlər