ABŞ-nin rüsumlarına cavab verməyi düşünür

Aİ ABŞ-nin rüsumlarına cavab verməyi düşünür
19.01.2026 08:58 Dünya

Avropa İttifaqına üzv dövlətlər Qrenlandiya ilə bağlı ABŞ-yə qarşı 93 milyard avro məbləğində cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirirlər.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Aİ-nin cavab verməsi üçün ikinci seçim Amerika şirkətlərinin vahid bazara çıxışını məhdudlaşdırmaqdır. Vurğulanıb ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşlərdən əvvəl hazırlanır.

"Əgər bu davam edərsə və Tramp sırf mafiya tipli taktikalara əl atarsa, əlində aydın qisas alətləri var. Eyni zamanda, biz ictimaiyyət qarşısında sakitliyə çağırmaq və ona geri çəkilmək imkanı vermək istəyirik"-, Avropalı diplomatlardan biri nəşrə bildirib.

Qəzet vurğulayıb ki, əksər Aİ ölkələri cavab tədbirləri ilə hədələməzdən əvvəl fikir ayrılıqlarını diplomatik yolla həll etmək istəyirlər. Başqa bir avropalı diplomat isə bildirib: "Biz gərginliyi azaltmalıyıq".

Nəşrin digər bir mənbəyi ümid etdiyini bildirib ki, Avropa Birliyinin cavab tədbirləri görmə ehtimalı Konqres üzvləri tərəfindən Tramp administrasiyasına təzyiqi artıracaq: "Vəziyyət artıq kompromis üçün yer qoymur, çünki biz Qrenlandiyanı təhvil verə bilmərik. Ağıllı amerikalılar da onun Pandoranın qutusunu açdığını bilirlər", - deyə o bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Bütün Xəbərlər