Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi

Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi
27.07.2026 16:38

Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını müəyyən edir.

Qərara əsasən, bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

- duracaq - nəqliyyat vasitələrinin müvəqqəti saxlanılması üçün ayrılmış və mühafizə olunan ərazi;

- sahib - nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi;

- ödəniş - nəqliyyat vasitəsinin duracağa gətirilməsi və saxlanılması üçün nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanaraq ödənilmiş haqqın məbləği.

Bu Qayda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün mühafizə olunan duracaqlara şamil edilir.

Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Aşağıdakı hallarda ödəniş nəqliyyat vasitəsinin sahibinə qaytarılır:

- nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;

- inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə. Bu Qaydada qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumatın rəsmi çatdırıldığı gündən sonra nəqliyyat vasitəsinin duracaqda qaldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.

Ödənişin qaytarılması üçün sahib inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə) bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- sahib haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, əcnəbilərə münasibətdə doğum tarixi və vətəndaşlığı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);

- ərizə təqdim edilən orqanın (vəzifəli şəxsin) tam adı;

- nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokolun (elektron protokolun) və ya inzibati tənbeh tətbiq etmə haqqında qərarın (elektron qərarın) tarixi və nömrəsi;

- ödənişin məbləği;

- ödənilmə tarixi;

- ödənişin qaytarılmalı olduğu şəxsin bank rekvizitləri;

- ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) ərizəyə daxil olduğu gündən 15 (on beş) iş günü müddətində baxmalıdır.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən bu Qaydada nəzərdə tutulmuş halların olub-olmaması araşdırılmalı və olduğu təqdirdə 10 (on) iş günü müddətində ödənişin nağdsız qaydada qaytarılması təmin edilməlidir.

Bu Qaydaya əsasən araşdırma zamanı ödənişin qaytarılmalı olduğu halların mövcud olmadığı aşkar edildikdə, bu barədə ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış yazılı məlumat təqdim edilməlidir.

Bu Qaydaya əsasən ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Bütün Xəbərlər