Naxçıvan Muxtar Respublikası Ali Məclisin növbəti plenar iclası keçirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisin növbəti plenar iclası keçirildi
21.05.2025 14:38 Daxili siyasət

Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. 

TodayPress TV xəbər verir ki, Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyində duran məsələləri - “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu (ikinci səsvermə) və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsini diqqətə çatdırıb. 

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin yaz sessiyasının bu il fevralın 20-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. 

Gündəlikdə duran məsələ ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib.  Müzakirə olunan məsələyə deputatlardan Emin Şıxəliyev, Kamil Şükürov, Təhminə Babayeva, Əziz Qasımov, Qafar Qənbərov və Xumar Məmmədova münasibət bildirdikdən sonra, qanun səsverməyə çıxarılaraq qəbul edilib. 

Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək. 

Gündəlikdə duran ikinci məsələnin - Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 20 may tarixli təklifi Ali Məclisə daxil olub. 

Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı oxunub və səsə qoyularaq qəbul edilib. 

Rafail Quliyev göstərilən etimada görə minnətdarlıq edib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirib. 

Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Rafail Quliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.  Bununla da Ali Məclisin iclası başa çatıb.

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər