Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başa çatdı
09.09.2025 13:44 Daxili siyasət

Vaşinqton razılaşmalarının Konstitusiya və suverenlik ilində baş tutması rəmzi məna daşıyır.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsində maraqlı xarici qüvvələr də olub: “Yeni nəqliyyat və enerji yollarının açılması regionun inkişafına böyük töhfələr verəcək. İkinci adı “Tramp marşrutu” olan Zəngəzur dəhlizi Ermənistan üçün də fürsətdir, onu tranzit ölkəyə çevirə bilər. Təbii ki, sülh müqaviləsinin rəsmən imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır. Heç şübhəsiz ki, bu aradan qaldırılandan sonra rəsmən sülh sazişli imzalanacaq. Əminəm ki, Azərbaycan parlamentində bundan sonra sülh sazişinin də ratifikasiyası iclasına şahidlik edəcəyik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, bir vaxtlar Qərb bizi dəyişdirməyə, Donald Trampı isə siyasi səhnədən uzaqlaşdırmağa çalışırdı: “İndi onlar birləşərək Qərbi dəyişdirir. Vaşiqnton görüşündə beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təməli qoyuldu. Vaşinqtonda keçirilən görüşlərdə əldə olunan razılaşmalar Prezident İlham Əliyevin müdrik diplomatik siyasətinin təntənəsidir. Bu görüş eyni zamanda sülhün də təntənəsidir. 19 iyun 2025-ci ildə Türkiyənin Kahramanmaraş şəhərində İlham Əliyev Qarabağ fatehi kimi qarşılandı, biz artıq İlham Əliyevə “Sülh fatehi” deyə bilirik”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, Azərbaycan Prezidenti həm də erməni xalqına bundan sonra hansı yolu gedəcəyini səmimi şəkildə izah etdi: “Naxçıvanla quru sərhədinin açılması həm də bütöv Azərbaycanın yenidən qurulması deməkdir. 5 il öncəki yuxularımızı təftiş etsəniz, bu gün baş verənlərə inana bilməyəcəksiniz”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq öhdəlik götürməsi, ABŞ-nin yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur.

Deputat bildirib ki, “Tramp yolu” adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın prinsipial mövqe ortaya qoyacağına ümid edir: “Tramp yolu” istisnasız olaraq bütün region ölkələrinin inkişafına töhfəsini verəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində suverenliyin bərpasından sonra sülhə və sabitliyə doğru atılmış ən əhəmiyyətli addımdır. ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş razılaşma başqa ölkələrə qarşı deyil. Yekun sülh sazişinin Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu, daha ədalətli olar. Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan Konstitusiyasına dəyişiklik barədə öhdəlik götürərsə, sülh sazişini imzalaya bilərik. Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılmasına, ölkəmizə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatından daha faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzvlüyə çalışmalıyıq. Rusiyada yaşayan vətəndaşlarımızın heç olmasa quru sərhədi ilə ölkəmizə keçidinə icazə verməliyik”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə hesab edir ki, sülh sazişinin mətnini paraflamaqla Ermənistan sazişin mətniylə razı olduğunu ABŞ-ın iştirakı ilə qəbul etdi:

“Bu sənəd beynəlxalq hüquqi əsasların qeyd-şərtsiz təsdiqidir. İmzalanan bəyannamədə Naxçıvanla manəsiz keçidin təmini üçün razılıq əldə edilməsi çox mühüm əhəmiyyətə malikdir. Beləliklə Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra qarşıya qoyduğu daha bir milli məqsəd həyata keçirildi. Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlıq güclənəcək”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, 2003-cü ilin avqustunda Ulu öndər Heydər Əliyevin tarixi missiyasını qəbul edən İlham Əliyev 22 il sonra məhz həmin ayda Ağ Evdə növbəti tarixi uğurlara imza ataraq, Kürəkçaydan Bişkek protokollarına qədər davam edən itkilər silsiləsinə son qoydu, yeni qalib Yüz ili başlatdı, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı: “17 il əvvəl məhz 8 avqustda Rusiya tankları Poti limanında lövbər salanda da İlham Əliyev Qafqazı xilas etmişdi, çoxları risq etməyəndə 5 dövlət başçısına Gəncədən Tiflisə getməyə yol açmışdı. 2025-ci ilin avqustun 8-də isə Ağ Ev razılaşmaları təkcə iki dövlətin deyil, bütövlükdə regionun taleyi, eləcə də dünyada mövcud müharibələrin ədalətli həlli üçün bir örnəkdir. Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi-Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsil müstəqillik hadisəsidir. Mənə elə gəlir ki, SSRİ-nin dağılması yalnız indi başa çatır. Tam və qəti qələbədən əsil müstəqillik və suverenlik doğulur. Ona görə də İlham Əliyev 21-ci əsrin milli azadlıq hərəkatının və qalib Xalqın lideridir. Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar, onların portreti altında Prezidentə yol göstərənlərə deyərdilər ki, İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir. Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də çoxəsrlik Qarabağ savaşını bitirdi. Qarabağın qlobal gündəlikdən çıxması əsrlərdir savaşlara xərclənən sərvətlərimizi yeni Vətən quruculuğuna, Böyük Qayıdışa yönələcəyini deməyə imkan verir”.

Deputat Rizvan Nəbiyev nəzərə çatdırıb ki, Vaşinqton Birgə bəyanatında Prezident Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb: “Bu mənada Vaşinqton Birgə bəyanatını Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd də hesab etmək olar. Vaşinqtonda paraflanmış Sülh Sazişində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır. Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Saziş eyni zamanda, indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir. Vaşinqton razılaşmaları Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyinin, strateji baxışının və diplomatik məharətinin qlobal miqyasda təqdir edilməsidir”.

Deputat Azər Badamov qeyd edib ki, Vaşinqtonda imzalanmış razılaşmalar uğurlu tarixmizin yeni bir səhifəsidir və yaratdığımız reallığın beynəlxalq ictimaiyyəti tərəfindən təsdiq olunmasıdır: “Vaşinqton görüşü çərçivəsində imzalanmış sənədlər ədalətin bərpası, tələblərimizin qəbul edilməsi və sülh sazişinin paraflaması ilə yeni bir uğur tariximizdir. Vaşinqtonda əldə olunmuş razılaşmalar həqiqətən Prezident İlham Əliyevin diplomatiyasının və müdrik liderliyinin təntənəsidir. Dövlət başçımızın rəhbərliyi altında xalqımız sülh və firavanlıq içində yaşayacaq, Cənubi Qafqaz isə münaqişələri arxada qoyan əməkdaşlıq regionuna çevriləcək”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Vaşinqton razılaşmalarının müəllifinin Prezident İlham Əliyev olduğunu vurğulayıb.

İclasa yekun vuran Sahibə Qafarova qeyd edib ki, müzakirə zamanı çıxışlarda dərin fikirlər səsləndi: "Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açdı. Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında ədalətli qərar qəbul etməyə qadirdir. Ölkəmizi yeni qələbələrə aparmaq naminə fəaliyyətində Prezidentə böyük uğurlar arzu edirəm".

Bununla da "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas başa çatıb və Milli Məclisin növbədənkənar sessiyasına Dövlət himninin səsləndirilməsi ilə yekun vurulub.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 Bütün Xəbərlər