Media subyektlərinin hansı hallarda Media Reyestrindən çıxarılacağı müəyyənləşdi

Media subyektlərinin hansı hallarda Media Reyestrindən çıxarılacağı müəyyənləşdi
01.08.2025 13:53 Daxili siyasət

Media subyektlərinin Media Reyestrindən çıxarılacağı hallar təkmilləşdirilib.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aşağıdakı hallarda da media subyektləri Media Reyestrindən çıxarılacaq:

- media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən digər media subyektinin informasiyasını və proqramlarını istinad etmədən dərc etdikdə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə etmək tələbini pozduqda, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər) tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;

- media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi aşkar edildikdə. Qanuna əsasən, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər.

- onlayn media subyektlərinin özlərinin veb-saytlarında qanunda tələb olunan məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektləri çap mediası məhsulunun hər buraxılışında adı, VÖEN-i, məsul redaktorun soyadı, adı və atasının adı, sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt), poçt indeksi, tirajı, qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri, çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri barədə məlumatları göstərmədiyi aşkarlandıqda;

- media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (istirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

- yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törədildikdə;

- informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmadıqda, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmadıqda, həmçinin, hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi qanunda nəzərdə tutulan tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;

- Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər pozulduqda.

XƏBƏR LENTİ
03 AVQUST 2026
Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Lənkəranda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:12 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Bütün Xəbərlər