Türkiyə və Azərbaycandan tarixi addım: Paxlava UNESCO yolunda

Türkiyə və Azərbaycandan tarixi addım: Paxlava UNESCO yolunda
28.06.2026 17:40

Türkiyə və Azərbaycan paxlavanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə müraciət ediblər.

TodayPress TV bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.

Müraciətlə bağlı yekun qərarın noyabrın 30-dan dekabrın 5-dək Çinin Syamen şəhərində keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin iclasında qəbul ediləcəyi gözlənilir.

Türkiyə və Azərbaycan bu məşhur şirniyyatın mədəni irs siyahısına "baklava" və "pakhlava" adları altında daxil edilməsi üçün birgə namizədlik təqdim ediblər. Türkiyə rəsmiləri UNESCO-nun müsbət qərar verəcəyinə ümid etdiklərini bildirirlər. Onların fikrincə, belə bir qərar Yunanıstanın bu təamla bağlı irəli sürdüyü iddiaların qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısı şifahi ənənələrin, ifaçılıq sənətinin, adət-ənənələrin, bayramların, sənətkarlıq nümunələrinin və ənənəvi biliklərin qorunması məqsədilə yaradılmış beynəlxalq reyestrdir. Siyahıya hazırda nəsildən-nəslə ötürülən və dünya xalqlarının mədəni özünəməxsusluğunu əks etdirən 600-dən çox qeyri-maddi irs nümunəsi daxildir(oxu.az).

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Bütün Xəbərlər