TDT mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir

TDT mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
09.07.2025 14:45

Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir

TodayPress TV xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə təşkil olunan toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinlənilib.

Tədbirin açılışını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy edib.

O bildirib ki, Türkiyənin paytaxtı qədim keçmişi, çox sayda muzeyi ilə həm ənənəvi, həm də modern sənətin bir arada yaşadılmasında önəmli rol oynayır. Bu səbəbdən də Ankara TDT çərçivəsində 2026-cı il üçün turizm paytaxtı elan olunacaq: "Gündəmdə olan məsələlərdən biri də budur".

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında deyib ki, Türk dünyası bu beynəlxalq təşkilat səviyyəsində təkcə siyasət, iqtisadiyyat, təhsil, hüquq sahəsində deyil, mədəniyyət və turizm sahəsində də əməkdaşlığını genişləndirir.

Qeyd edək ki, bu tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təmsil edir.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Bütün Xəbərlər