Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq

Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq
09.02.2026 12:21

Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin "Həqiqət çərçivəsindən kənar" adlı fərdi sərgisi açılacaq.

Bu barədə TodayPress TV-yə muzeydən məlumat verilib.

Açılışı fevralın 11-də baş tutacaq sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunacaq.

Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir.

Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir.

Juja Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq, sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır.

2001-ci ildə Juja Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Sərgi fevralın 28-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Bütün Xəbərlər