15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı

15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı
29.07.2026 23:23 Mədəniyyət

İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub.

TodayPress TV xəbər verir ki, festivalın açılışı Azərbaycanın Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. O deyib ki, bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış solistlər, simfonik orkestrlər, xor kollektivləri, dirijorlar və digər ifaçılar Qəbələ səhnəsində çıxış ediblər.

Fərhad Bədəlbəyli vurğulayıb ki, festival çərçivəsində hər il müxtəlif musiqi janrlarını əhatə edən zəngin və maraqlı konsert proqramları təqdim olunur. Qəbələ Beynəlxalq Musiqi Festivalı bu illər ərzində dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərindən birinə çevrilib.

Musiqi gecəsində solistlər Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Qəbələdə bu festivalın artıq 15-ci dəfə keçirilməsi mühüm hadisədir.

“Çox sevinirəm ki, festival illərdir davamlı şəkildə təşkil olunur və artıq gözəl bir ənənəyə çevrilib. Belə tədbirlərin yaşadılması və davam etdirilməsi böyük əhəmiyyət daşıyır. Bu festival xüsusilə gənc musiqiçilər üçün mühüm təcrübə və inkişaf platformasıdır. Onlar burada peşəkar təcrübə qazanır, öz istedadlarını nümayiş etdirmək imkanı əldə edir və beynəlxalq musiqi mühitinin bir parçasına çevrilirlər. İnanıram ki, bu ənənə gələcək illərdə də uğurla davam edəcək”, - deyə o əlavə edib.

Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına əvvəlki illərdə də qatılsa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri ilə ilk dəfədir çıxış edir.

“Bu festivalda ilk dəfə öz orkestrimlə səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Bakı Musiqi Akademiyasının böyük gələcəyinə inanıram. Orkestrimizdə çıxış edən gənclər bu gün çox həyəcanlı olsalar da, onların hər biri istedadlı və peşəkar inkişaf yolunda əzmlə çalışan musiqiçilərdir. Sevindirici haldır ki, gənclərin klassik musiqiyə marağı getdikcə artır. Bu gün nümayiş etdirdiyimiz proqramın arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır. Biz bu festivala dörd il ərzində məqsədyönlü şəkildə hazırlaşmışıq və bu zəhmətin nəticəsini tamaşaçılar qarşısında təqdim etməkdən məmnunuq”, - deyə Xalq artisti vurğulayıb.

Virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev isə bu festivalda ikinci dəfə iştirak etdiyini bildirərək deyib: "Bu musiqi festivalında təşkil olunan konsertlər yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Belə bir tədbirdə yer almaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Gənc musiqiçilərlə eyni səhnəni bölüşmək, onların həyəcanına və uğurlarına şahid olmaq mənə xüsusi sevinc bəxş edir. Onların hər biri çox istedadlıdır və gələcək üçün böyük potensiala malikdir. Düşünürəm ki, belə festivallar klassik musiqiyə və ümumilikdə incəsənətə marağın artmasına mühüm töhfə verir”.

Violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Vaqif Qurbanov isə bildirib ki, Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin bu festivalda çıxış etməsi onlar üçün böyük qürur və sevincdir. O qeyd edib: “Tələbə Simfonik Orkestri mütəmadi olaraq müxtəlif tədbir və festivallarda iştirak edir ki, bu da gənc musiqiçilərin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Mən həm orkestrin tərkibində çıxış edir, həm də solo ifalarla səhnəyə çıxıram. Gənclərin klassik musiqiyə və ifaçılıq sənətinə marağı, sevgisi olduqca böyükdür. Belə festivallar isə bu marağın daha da artmasına və gənc istedadların özlərini göstərmələrinə geniş imkan yaradır”.

Avqustun 3-dək davam edəcək festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gələcək.

Azərbaycanla yanaşı, musiqi bayramında Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak edəcəklər.

FOTOLAR

15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 1
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 2
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 3
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 4
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 5
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 6
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 7
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 8
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 9
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 10
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 11
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 12
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 13
15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı — 14
XƏBƏR LENTİ
30 IYUL 2026
Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bu gecə Rusiya-Ukrayna arasında nə baş verəcək? Zelenski XƏBƏRDARLIQ ETDİ 23:45 ABŞ İrana TƏCİLİ xəbərdarlıq etdi: Güclü zərbələr olacaq 23:39 15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı 23:17 Ukraynanın F-16-sı qəfil sıradan çıxdı - Pilot son anda xilas oldu 23:02 Neft qiymətləri kəskin bahalaşdı - SƏBƏB 22:53 Zelenski Polşaya niyə getdi? - Bu məsələlər müzakirə edildi 22:28 “Fənərbağça”nın oyunu qəfil dayandırıldı - VİDEO 22:38 Misirdə güclü partlayış - VİDEO 22:11 Azərbaycan güləşçiləri dünya ikincisi oldular 22:16 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu başladı 22:05 Terrorun Türkiyəyə vurduğu zərər rekord həddə çatdı - Rəqəmlər AÇIQLANDI 21:53 Ukraynada gündə 70 milyon dollar “buxarlanır” 21:40 Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO 21:26 Netanyahunun “gözü doymur”: İrana qarşı daha sərt addımlar istədi 21:14 Pezeşkian xalqa çağırış etdi: “Mübarizə aparın!” 20:57 Bloger ittiham səsləndirdi, Hikmət Hacıyev dərhal cavab verdi - VİDEO 21:00 Daha bir ölkə İranla müharibəyə qoşuldu - Vəziyyət gərginləşir 20:51 Netanyahu ABŞ ilə bağlı: “Sizə bunu göstərmirlər” 20:40 ABŞ Fransanın yeni səfirini qəbul etməyəcək? - SƏBƏB bu imiş 20:30 ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!” 20:06 İlham Əliyev Serbiya və Macarıstana yeni səfirlər təyin etdi 19:59 Prezident onları vəzifəsindən geri çağırdı 19:53 Azərbaycanın Avstriyadakı yeni səfiri o oldu 19:48 Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi 19:45 Bütün Xəbərlər