Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt açıqlandı

Xırdalan–Sumqayıt qatarının fəaliyyətinin bərpa olunacağı vaxt açıqlandı
14.11.2025 13:17 Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti gələn ilin birinci rübü ərzində bərpa oluna bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

Anar Nəcəflinin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin bir hissəsi olaraq mövcud dəmir yolu xəttinin altından avtomobil tunelinin tikintisi məqsədilə işlərə başlanılıb. Həmin ərazidə (dəmir yolu xəttinin altında tikilən yeraltı keçidin tikildiyi ərazi – red.) hərəkətin bərpası üçün qısa müddət ərzində işlərin aparılması nəzərdə tutulub.

“Orada təqribən bir neçə aylıq iş həcmi var ki, o görüldükdə, həmin dəmir yolu xətti üzrə hərəkət bərpa oluna bilər. Çalışılacaq ki, həmin işlər qrafikdən də əvvəl yekunlaşsın ki, qeyd olunan xətt üzrə qatarlar əvvəlki qrafik ilə hərəkət edə bilsinlər”, – Anar Nəcəfli qeyd edib.

Onun sözlərinə görə, dəmir yolunun altından avtomobil keçidinin tikintisi 2026-cı ilin birinci rübü ərzində bitəcək və onun üzərindən qatarların hərəkətinin bərpası üçün imkan yaranacaq.

“Ümumilikdə isə, qeyd olunan tunelin daxil olduğu layihənin (Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsi – red.) tam olaraq yekunlaşdırılması, qrafikə uyğun olaraq 2026-cı ilin sonuna, 2027-ci ilin əvvəlinə planlaşdırılır”, – Anar Nəcəfli qeyd edib.

ADY-nin rəsmi məlumatına görə, hazırda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı–Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı–Şamaxı–Yevlax avtomobil yolları ilə əlaqələndirilməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Bütün Xəbərlər