Toxuculuq sahəsində yeni dövlət standartları qəbul edildi

Toxuculuq sahəsində yeni dövlət standartları qəbul edildi
22.07.2025 17:43 Cəmiyyət

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) toxuculuq avadanlıqlarında səs-küy emissiya səviyyəsinin müəyyən edilməsi məqsədilə toxuculuq sahəsində yeni dövlət standartları qəbul edib.

TodayPress TV AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS ISO 9902-1:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 1: Ümumi tələblər”, AZS ISO 9902-2:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”, AZS ISO 9902-3:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi - Hissə 3: Toxunmamış məmulatların istehsalı avadanlıqları” AZS ISO 9902-4:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi— Hissə 4: İpliyin emalı, kəndir və kanat istehsalı avadanlıqları”, AZS ISO 9902-5:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 5: Toxuculuq və trikotaj məmulatlarının ilkin emalı avadanlıqları”, AZS ISO 9902-6:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 6: Parça istehsalı avadanlıqları”, AZS ISO 9902-7:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 7: Boyama və işləmə avadanlıqları” yeni dövlət standartlarıdır.

Onların tətbiqində məqsəd toxuculuq məmulatlarının istehsalı zamanı avadanlıqların səs-küy emissiyası göstəricilərinin müəyyən edilməsinin təmin olunmasıdır. Bu isə ölkədə toxuculuq sahəsində avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy emissiyalarının qarşısını almağa imkan yaradacaq.

Standartlar “Tekstil sahəsi” Standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Sözügedən standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə istinad standartları kimi qəbul edilib.

XƏBƏR LENTİ
17 IYUN 2026
İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Bütün Xəbərlər