Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular

Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular
15.10.2025 12:01 Cəmiyyət

Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsininin Kimya mühəndisliyi və Ekologiya kafedrasının tələbələri və müəllimlərindən ibarət heyətin Pirşağı Tullantı Sutəmizləyici Qurğularında təcrübə gəzintisi təşkil olunub. 

TodayPress TV xəbər verir ki, Universitetin əlaqədar ixtisaslar üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələri, həmçinin onları müşayiət edən pedaqoji heyət İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində fəaliyyət göstərən Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar, istismarçı mütəxəssilər tərəfindən tullantı sularının müasir emal proseslərinin mexaniki, kimyəvi və bioloji pillələri barədə məlumatlandırılıblar.

Pirşağı TSQ-nin müasir tipli laboratoriyası və SCADA idarəetmə sistemi gənc mühəndislər tərəfindən xüsusi maraqla qarşılanıb.

Hazırda Sumqayıt Dövlət Universitetində “Çirkab suların təmizlənməsi”, və “Çirkab suların təmizlənməsi qurğularının hesablanması və layihələndirilməsi” fənnləri ADSEA əməkdaşı tərəfindən tədris olunur. Tədris ADSEA əməkdaşlarının ərsəyə gətirdiyi “Tullantı sutəmizləyici qurğuların istismarı” vəsaiti əsasında həyata keçirilir.

Gələcəkdə bu tipli təcrübə gəzintilərinin davam etdirilməsi nəzərdə tutulur.

TodayPress TV

FOTOLAR

Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 1
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 2
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 3
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 4
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 5
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 6
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 7
Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində oldular — 8
XƏBƏR LENTİ
30 IYUL 2026
Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Bütün Xəbərlər