Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir - VİDEO

Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir - VİDEO
18.06.2026 14:46 Cəmiyyət

Sosial şəbəkələrdə Şıxov çimərliyində dənizə naməlum mayenin axıdılmasını əks etdirən görüntülər yayılıb. Həmin görüntülər geniş müzakirələrə səbəb olub. Məlumata görə, kadrlarda uzun boru vasitəsilə çirkab suya bənzər mayenin birbaşa Xəzər dənizinə axıdıldığı görünür.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən ekoloq Sadiq Həsənov görüntülərin ilk baxışdan çirkab su axıdılmasına bənzəmədiyini bildirib.


Onun sözlərinə görə, videoda görünən axın böyük ehtimalla dənizdə aparılan dərinləşdirmə və ya qazıntı işləri zamanı dənizin dibindən çıxarılan çöküntü və qruntun nasos vasitəsilə başqa əraziyə ötürülməsidir.

“Bu, qazıntı zamanı yaranan axındır. Dənizin bir hissəsini dərinləşdirmək üçün qazılmış material nasos vasitəsilə daha dərin hissəyə vurulur. Videoda görünən buna oxşayır”, – deyə ekspert qeyd edib.

Ekoloq vurğulayıb ki, çirkab suların bu şəkildə və belə məsafəyə axıdılması həm texniki, həm də maliyyə baxımından real görünmür.

“Bu qədər dərinliyə çirkab suyu axıtmaq üçün xüsusi boru kəməri çəkmək lazımdır. Bunun üçün icazələr və ciddi maliyyə vəsaiti tələb olunur. Adətən çirkab suları dənizə sahilboyu açıq kanallar və ya axın xətləri vasitəsilə axıdılır”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda görüntülərdə əks olunan mayenin tərkibi və mənbəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xanım Musayeva

TodayPress TV


XƏBƏR LENTİ
24 IYUN 2026
4 gənc suda ölümün pəncəsindən belə xilas ola bilərmiş - Keçmiş üzgüçü ilginc sirri açdı 13:29 Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır... 13:28 Sabah Bakıda hava necə olacaq? 13:20 Bakı–Naxçıvan aviareysləri bu səbəbdən ləğv edildi 13:08 İran Amerikaya təşəkkür etdi: Bütün dünya bu məktubdan danışır 13:02 Xüsusi karantin rejiminin müddəti uzadıldı 13:00 Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı 12:55 Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq... 12:47 Eduard Mendi İraqla matçda oynamayacaq 12:49 Qızıl almaq istəyənlər DİQQƏT! Qiymətlər ucuzlaşmağa davam edir 12:34 Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük... 12:19 Moskvada işlər qarışdı: Lavrov ABŞ-dən küsdü 12:09 “Qan itirən uşağa qan köçürülmədi” – Övladını itirmiş ata həkimlərə irad bildirdi 12:05 Enerji birjasında son qiymətlər - Təbii qaz getdikcə ucuzlaşır 12:01 Rusiya qaranlığa qərq oldu: Bu ərazilər işıqsız qaldı - VİDEO 11:56 Ukrayna Rusiyanın "nəfəs borusu"nu kəsməyə davam edir 11:46 Prezident: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik 11:22 İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi 11:18 Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu 11:12 AMB-dən uçot dərəcəsi ilə bağlı mühüm qərar 11:07 İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin qorunmasına böyük önəm verir 11:03 Prezident İslam irsinə qarşı törədilmiş cinayətlərdən danışdı 11:00 Moskva Krım uğrunda ölümünə savaşa girir 10:50 Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI 10:44 Məscidlərimizə donuz doldurdular, "Qurani-Kərim"i yandırdılar - Prezidentdən dünya müsəlmanlarına müraciət 10:34 Bütün Xəbərlər