Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi

Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi
15.10.2025 10:56 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər şəhəri "Cümə" və Tərtər rayonu Əskipara kənd məscidlərini ziyarət edib.

TodayPress TV xəbər verir ki, Dövlət Komitəsinin sədri məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan cəmiyyətində milli həmrəyliyin, dini dözümlülüyün və mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi qeyd olunub.

Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq dini icmalara diqqət və qayğı ilə yanaşıldığı, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanıb.

R.Məmmədov bildirib ki, din insanları sülhə, həmrəyliyə və qarşılıqlı hörmətə çağıran mənəvi dəyərlər sisteminin tərkib hissəsidir:

"Lakin bəzi dairələr dinin cəmiyyət üzərindəki təsir gücündən sui-istifadə edərək onu qarşıdurma və parçalanma alətinə çevirməyə cəhd göstərirlər. Bu səbəbdən də dini maarifləndirmənin gücləndirilməsi, sağlam dini düşüncənin formalaşdırılması müasir dövrdə xüsusilə önəm kəsb edir".

Dini Komitənin sədri vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər dinlərarası harmoniyanın qorunmasına, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Onun sözlərinə görə, tolerantlığın, dinlərarası dialoqun daha da möhkəmləndirilməsində, zərərli meyillərin qarşısının alınmasında din xadimlərinin fəallıq nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir.

Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, peşəkar inkişafının əhəmiyyətinə toxunan R.Məmmədov, eyni zamanda, qarşıda duran müasir çağırışları nəzərə çatdırıb.

TodayPress TV

FOTOLAR

Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 1
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 2
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 3
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 4
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 5
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 6
Ramin Məmmədov "Cümə" və Əskipara kənd məscidlərini ziyarət etdi — 7
XƏBƏR LENTİ
19 IYUN 2026
Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Bütün Xəbərlər