Qəbiristanlığın yerində bulvar salınır - Bülbülədəki qəbirlər necə köçürüləcək?

Qəbiristanlığın yerində bulvar salınır - Bülbülədəki qəbirlər necə köçürüləcək?
15.09.2025 12:30 Cəmiyyət

"İslam hüququna görə, qəbirlərin açılması və meyitlərin köçürülməsi zəruri ehtiyac olmadıqca haram sayılır”. 

İlahiyyatçı Tural İrfan bu fikirləri TodayPress TV-yə açıqlamasında bildirib. 

“Çünki müsəlmanın ehtiramı ölümündən sonra da qorunur və qəbir açmaq insanın məhrəmiyyətinə toxunmaq kimi qiymətləndirilir", - o, həmçinin deyib.

Onun sözlərinə görə, bu məsələdə müəyyən istisnalar mövcuddur:

"Əgər dəfn dini qaydalara uyğun aparılmayıbsa, ana bətnində diri uşaq dəfn olunubsa, yaxud meyit qibləyə əks istiqamətdə basdırılıbsa, qəbir açılaraq düzəliş edilə bilər. Eyni zamanda, qanunun tələb etdiyi məhkəmə ekspertizası zamanı da ekshumasiya aparılması mümkündür".

İlahiyyatçı əlavə edib ki, yol çəkilişi, infrastruktur dəyişiklikləri və qəbrin təhlükə altında olması hallarında da qəbirlərin köçürülməsi zəruri ola bilər. Amma bütün hallarda dini qaydalara əməl olunmalı və ölülərin ehtiramı qorunmalıdır.

Qeyd edək ki, Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün ətrafındakı qəbiristanlıq köçürüləcək. 

Bildirilir ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölünün sahilində bulvar salınacaq. Layihəyə əsasən, gölün üzərindən körpü inşa ediləcək. 

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Qəbiristanlığın yerində bulvar salınır - Bülbülədəki qəbirlər necə köçürüləcək? — 1
XƏBƏR LENTİ
19 IYUN 2026
Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Bütün Xəbərlər