Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı

Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı
02.06.2026 14:02 Cəmiyyət

“Abşeron” qaz-kondensat yatağından hasil olunacaq təbii qazın bir hissəsi Türkiyəyə ixrac ediləcək, qalanı isə Azərbaycanın daxili bazarına yönəldiləcək.

TodayPress TV xəbər verir ki, bunu “TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib.

Emmanuel de Guillebon bildirib ki, “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi üzrə texnologiyanın sənaye miqyasında tətbiqi həm Azərbaycan, həm də dünya üzrə bu tip layihələr üçün ilk nümunələrdən biridir.

“Yataqdan istehsal olunacaq təbii qazın bir hissəsi Türkiyəyə ixrac ediləcək. Bunun üçün ayrıca ixrac infrastrukturu yaradılır. Dünən Türkiyənin dövlət qaz şirkəti BOTAŞ ilə qaz alqı-satqısı müqaviləsinin imzalanması bu istiqamətdə mühüm addım oldu. Qazın digər hissəsi Azərbaycanın daxili bazarına yönəldiləcək. Kondensat isə sonrakı emal və stabilləşdirmə üçün Səngəçal terminalına göndəriləcək və daha sonra ixrac olunacaq. Layihənin ilkin mərhələsində 3 quyu vasitəsilə gündəlik təxminən 120 min barel neft ekvivalenti həcmində əlavə hasilat əldə ediləcək. Bu göstərici hazırda fəaliyyət göstərən erkən hasilat mərhələsinin gündəlik 40 min barel neft ekvivalenti həcmində hasilatına əlavə olunacaq. Tam inkişaf mərhələsində layihənin gündəlik qaz hasilatının təxminən 450 milyon kubfut, kondensat hasilatının isə 40 min barel səviyyəsində olması nəzərdə tutulur.

Sonrakı mərhələdə əsas məqsəd hasilatı optimallaşdırmaq, boru kəməri və emal obyektlərinin maksimum yüklənməsini mümkün qədər uzun müddət təmin etməkdir. Hazırkı 3 quyu ilə hasilat platosunun müddəti məhdud olacaq. Buna görə də SOCAR və XRG ilə birlikdə əlavə quyuların qazılması imkanlarını araşdırırıq. “Abşeron” böyükhəcmli yataqdır. Müəyyən geoloji risklər mövcud olsa da, son 3 il ərzində əldə etdiyimiz məlumatlar, seysmik tədqiqatlar və yataq modelləşdirməsi gələcək inkişaf potensialına dair nikbin olmağa əsas verir. Ümid edirik ki, gələcəkdə əlavə quyuların qazılması hesabına həm boru kəmərinin, həm də emal qurğularının tam güclə işləməsini təmin edə biləcəyik. Bununla belə, bu imkanlar hələ əlavə texniki və iqtisadi qiymətləndirmə mərhələsindədir”, – deyə o əlavə edib

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Bütün Xəbərlər