"Qara bayram"dan uzaq durun - İlahiyyatçıdan XƏBƏRDARLIQ

"Qara bayram"dan uzaq durun - İlahiyyatçıdan XƏBƏRDARLIQ
19.03.2026 16:06 Cəmiyyət

Novruz bayramı ərəfəsində vəfat etmiş insanların yaxınları “qara bayram” adlanan mərasim keçirirlər. 

Bu mərasim zamanı insanlar mərhumların qəbirlərini ziyarət edir, məzarları üzərinə şirniyyat dolu boxça, xonça və səməni qoyurlar.

Bəs "qara bayram" nədir və İslam dinində bu anlayış varmı?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan TodayPress TV-yə bildirib ki, bu ifadənin nə dini, nə də köklü milli ənənələrdə əsası mövcuddur. 


Onun sözlərinə görə, İslamda ümumiyyətlə "qara bayram" adlı anlayış yoxdur və bu, sonradan formalaşmış, təhrif olunmuş bir adət kimi qiymətləndirilməlidir:

"Bu ifadə ehtimal ki, müxtəlif dövrlərdə gənc yaşda vəfat edən insanların xatirəsi ilə əlaqədar yaranıb və zamanla müəyyən qədər yayılıb. Mərhumların ziyarət olunması, onlar üçün duaların oxunması və Qurani-Kərimin tilavəti müsbət və savab əməllərdir. Lakin "qara bayram" adı ilə qəbiristanlıqlara müxtəlif qida məhsullarının aparılması və qəbirlərin üzərinə düzülməsi nə dini baxımdan, nə də sağlam ənənələr baxımından düzgün sayılır".

İlahiyyatçı əlavə edib ki, tarixdə bəzi hallarda yoxsul və kimsəsiz insanların qidalanması üçün məzarların üzərinə və ya yaxınlığına qida qoyulması halları olub:

"Bu addım həm ehtiyac sahiblərinə kömək, həm də quşların qidalanması məqsədi daşıyıb. Hətta Abşeron ərazisində bəzi qədim qəbir daşlarında yağış suyunun toplanması üçün xüsusi oyuqların düzəldildiyi və bunun quşlar üçün nəzərdə tutulduğu qeyd olunur. Ola bilər ki, kimsə bayram günü vəfat etmiş yaxınını xatırlayıb ziyarət etsin, bu, təbiidir. Lakin bunu “qara bayram” adı ilə kütləvi şəkildə bir ənənəyə çevirmək düzgün deyil". 

Bununla belə, müasir dövrdə belə davranışların davam etdirilməsinə ehtiyac olmadığını deyən Tural İrfan qeyd edib ki, "qara bayram" adı altında formalaşan bu cür praktikalardan uzaq durmaq daha məqsədəuyğundur.

O bildirib ki, İslamda bayram anlayışı sevinc və şadlıq günü kimi qəbul edilir. Bu baxımdan "qara bayram" ifadəsi mahiyyət etibarilə ziddiyyət təşkil edir və bayram anlayışına matəm çaları qatmaq uyğun deyil. 

"Vəfat etmiş insanları yad etmək, xüsusilə bayram ərəfələrində onların məzarlarını ziyarət edib dua oxumaq gözəl və bəyənilən əməldir. Lakin bunu xüsusi bir ad altında kütləvi ənənəyə çevirmək doğru yanaşma hesab edilmir". 

Tural İrfan sonda qeyd edib ki, bu cür yanaşma nə Azərbaycan xalqının ruhuna, nə də sağlam ənənələrinə uyğundur. Bəzi başqa xalqlarda belə adətlər ola bilər, lakin bu, türk mənşəli xalqların ümumi xarakterinə uyğun deyil. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər