Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək

Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək
07.01.2026 10:43 Cəmiyyət

Yanvarın 9-da saat 15.00-da Azərbaycan Mətbuat Şurasında Şuranın Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək.

Bu barədə TodayPress TV-yə Mətbuat Şurasından məlumat verilib.

"Məlum olduğu kimi, komissiya Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclasında yenidən formalaşdırıldı. Sədr “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olmaqla, qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayıldı. Eyni zamanda, dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlərin görülməsi qərara alındı.

Qeyd edək ki, Prezident İlham Əliyev həm ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında, həm də bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dövlətimizin başçısı müsahibəsində məsələyə daha geniş yer verdi və ana dilimizi dövlətçiliyin əsas atributlarından biri, hətta bayraqla, gerblə, himnlə birlikdə birincisi adlandırdı və bildirdi ki, uzun illər xalqımızın yaşadığı məhrumiyyətlər düşüncələrdə mənfi təsirlər buraxıb, fəsadlar yaradıb. Ölkəmizin lideri həmin fəsadların və təsirlərin aradan qaldırılmasının vacibliyini dilin milləti millət etmə potensialı ilə əsaslandırdı və buna görə də ana dilimizin qorunmasının mütləq əhəmiyyətini qabartdı. MŞ-nin Dil Komissiyası genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparacaq. Dilçi alimlərin, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək müzakirə mediada ana dilimizin qorunmasına yönələn fəaliyyət planının hazırlanması məqsədi daşıyacaq", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər