“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirildi

“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirildi
24.10.2025 14:27 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin vəzifəli şəxsləri və əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib.

TodayPress TV xəbər verir ki, təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova informasiya əldə etmək hüququ sahəsində beynəlxalq və milli qanunvericiliyin tələbləri, eləcə də dövlət orqanları və digər informasiya sahiblərinin bu istiqamətdə daşıdıqları vəzifələri barədə ətraflı məlumat verib.

Sonra Ombudsman Aparatının əməkdaşları tərəfindən iştirakçılara Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyaları, həmçinin qanun pozuntuları olduğu təqdirdə Ombudsmanın protokol tərtib etmək səlahiyyəti barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv formada keçirilən tədbirdə geniş fikir mübadiləsi aparılıb, qanunun icra mexanizmi, eləcə də digər mövzular üzrə iştirakçıları maraqlandıran suallar Ombudsman Aparatının nümayəndələri tərəfindən cavablandırılıb.

Yekunda informasiya əldə etmək hüququ ilə bağlı elektron mənbələr barədə məlumat verilib və Müvəkkilin təşəbbüsü ilə hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.

TodayPress TV

FOTOLAR

“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirildi — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Bütün Xəbərlər