DSX-nin 270 hərbçisi mənzillə təmin olundu

DSX-nin 270 hərbçisi mənzillə təmin olundu
20.09.2025 10:00 Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində yeni inşa olunan 3 yeddimərtəbəli 8 girişli və 2 ikimərtəbəli 6 girişli xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, açılış mərasimindən sonra 270 mənzildən ibarət yaşayış binaları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti istifadəsinə verilib.

Bildirilib ki, müasir standartlara cavab verən təmirli yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, xidməti mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunub. Eyni zamanda, binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük döşənib.

Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdikləri ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.

Hərbi qulluqçulara yeni xidməti mənzillərin orderlərini təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rəhbər heyət ilə birlikdə açılış mərasimindən sonra istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub.

Tədbirin sonunda yeni xidməti mənzillərin sakinləri ilə xatirə fotoşəkilləri çəkdirilib.

TodayPress TV

FOTOLAR

DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 1
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 2
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 3
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 4
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 5
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 6
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 7
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 8
DSX-nin 270 hərbçisi mənzillə təmin olundu — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər