DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi

DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi
24.07.2025 16:54 Cəmiyyət

İyul ayının 24-də Dövlət Sərhəd Xidmətinin  Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, mərasimdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuş, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. 

Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin hərbi, siyasi qüdrəti daha da artır, ölkəmiz beynəlxalq arenada  söz sahibinə çevrilir.

Sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Azərbaycan sərhədçisi bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla yerinə yetirir.

Gənc sərhədçilərin valideynləri övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirmiş, yaradılan şəraitə görə dövlət başçımıza və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda əsgərlər tərəfindən təntənəli keçid olmuş, xidmətdə fərqlənən hərbi qulluqçular təltifləndirilib.

FOTOLAR

DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 1
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 2
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 3
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 4
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 5
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 6
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi — 7
XƏBƏR LENTİ
16 IYUN 2026
İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 Bütün Xəbərlər