Bolt Azərbaycanda ilk Sahibkarlıq Sürətləndirici Proqramına start verdi!

Bolt Azərbaycanda ilk Sahibkarlıq Sürətləndirici Proqramına start verdi!
28.07.2025 17:45 Cəmiyyət

Bolt, platformasında fəaliyyət göstərən sürücülər və kuryerlərin biznes ideyalarını reallaşdırmasına dəstək olmaq məqsədilə Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramı – “Bolt Accelerator” proqramına start verdiyini elan edir.

TodayPress TV xəbər verir ki, proqram iştirakçılara sahibkarlığa başlamaq üçün zəruri olan bilikləri, bacarıqları, mentor dəstəyini və ilkin maliyyə vəsaitini əldə etmək fürsətini təqdim etməklə onların inkişafını dəstəkləyəcək.

Xüsusilə mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu sahələrlə bağlı texnoloji layihələr üzrə sahibkarlıq təşəbbüsləri proqramın əsas fokus istiqamətlərindəndir.

“Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryerlərimizə yalnız qazanc deyil, sahibkarlıq ideyalarını reallaşdırmaq üçün dəstək verməkdir. Onların potensialını üzə çıxarmaq və ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə vermək bizim üçün önəmlidir. Ən əsas isə onların uğur hekayələrinin bir hissəsi olmaqdır.” - deyə Ramil Məhərrəmov, Bolt Azərbaycan Baş Əməliyyat Meneceri deyib.

Proqram sürətləndirici layihələrin həyata keçirilməsində uzun illər təcrübəsi olan SUP VC şirkəti ilə tərəfdaşlıqda təşkil olunur.

“Sahibkarlıq təkcə fərdi uğur deyil, cəmiyyətin rifahı üçün də vacibdir. SUP VC olaraq bu proqramla sürücü və kuryerlərin iqtisadi dəyər yaradan ideyalarını dəstəkləyirik. Bolt ilə bu təşəbbüsün yeni biznes hekayələrinə yol açacağına inanırıq. Tərəfdaşlığın Bolt ilə olması isə simvolikdir – çünki onun CEO-su da az büdcə ilə başlayaraq uğur qazanmış bir startap nümunəsidir.” – deyə Rəşad Eyvazov, SUP.VC şirkətinin İcraçı Direktoru qeyd edib.

İştirak üçün istənilən sahədən olan biznes ideyası ilə 15 avqust 2025-ci il tarixinə qədər müraciət etmək mümkündür. Ən yaxşı ideyaların müəllifləri Bolt Akselerator proqramında iştirak hüququ qazanacaqlar. Burada iştirakçılar şirkət qurmaq, maliyyəni idarə etmək, marketinq strategiyası yaratmaq və müştəri cəlbi ilə bağlı praktiki biliklər əldə edəcəklər.

Proqramın növbəti mərhələsinə keçən 20 iştirakçıya sahələrinə uyğun fərdi mentorluq dəstəyi veriləcək. Sonda isə ən güclü 7 ideya maliyyə dəstəyi ilə mükafatlandırılacaq:

 1-ci yer (1 nəfər) – 10,000 AZN

 2-ci yer (1 nəfər) – 7,000 AZN

3-cü yer (3 nəfər) – 4,500 AZN

4 -cü yer (2 nəfər) – 3,000 AZN

Qaliblər həmçinin 6 həftəlik əlavə mentorluq proqramında iştirak edəcək. Bu mərhələ ideyanın inkişaf etdirilərək real müştərilərə çatdırılmasına kömək edəcək.

Bu proqram Bolt tərəfindən Azərbaycanda ilk dəfə təqdim olunur. Bolt Accelerator indiyə qədər Nigeriya, Avropa, Keniya, Qana və Cənubi Afrikada uğurla həyata keçirilib və həmin regionlarda 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Bütün Xəbərlər