AYNA-dan Avtobuslarla bağlı yenilik: Hansı faydaları olacaq?

AYNA-dan Avtobuslarla bağlı yenilik: Hansı faydaları olacaq?
31.10.2025 13:05 Cəmiyyət

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) marşrut avtobuslarının hərəkət vaxtını göstərən yeni mobil tətbiqi test mərhələsində sınaqdan keçirir. Bəzi vətəndaşlar bildirirlər ki, Bakıda yolların tıxaclı olması səbəbindən avtobusların real vaxtda hərəkətini dəqiq müəyyənləşdirmək çətin olacaq. Digərləri isə düşünür ki, tətbiq avtobusların intervalının normallaşmasına kömək edə bilər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə danışıb. 

O bildirib ki, bu yeniliyə etiraz etməyə heç bir əsas yoxdur.

Onun sözlərinə görə, bu funksiyanın faydaları olacaq:

"Burda ancaq üstünlük var. Çünki sərnişinlər avtobusları gözləyirdilər, bilmirdilər nə vaxt gələcək. İndi tətbiq vasitəsilə bilinəcək ki, avtobus haradadır, nə qədər vaxta çatacaq".

Ekspert əlavə edib ki, bu sistem vaxt itkisini azaltmağa və sərnişinlərin daha düzgün qərar verməsinə imkan yaradacaq:

"Məsələn, tıxacda 10-15 dəqiqəlik gecikmə olur, vətəndaş baxıb qərar verə biləcək. O, vaxtına uyğun olaraq, taksi sifariş edə, yaxındırsa piyada gedə bilər",  - deyə Yasin Mustafayev fikrini sonıandırıb.

Qeyd edək ki, hazırda dünyada 112-dən çox ölkədə və 3500-dən artıq şəhərdə marşrut avtobuslarının gəlmə vaxtını göstərən bu tip tətbiqlər uğurla fəaliyyət göstərir.

Bundan əvvəl Bakıda bəzi avtobus dayanacaqlarında oxşar funksiyalı elektron monitorlar quraşdırılsa da, hazırda onlar işlək vəziyyətdə deyil.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

AYNA-dan Avtobuslarla bağlı yenilik: Hansı faydaları olacaq? — 1
XƏBƏR LENTİ
20 IYUN 2026
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmadı 10:05 Netanyahunun siyasətdən gedir? AÇIQLANDI 09:56 Britaniyada ağır dəmiryolu qəzası: Ölən və yaralanlar var 09:45 DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:24 DÇ-2026: Türkiyə qrupdan çıxmaq şansını itirdi - YENİLƏNDİ 4 07:12 Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu 23:09 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Bütün Xəbərlər