“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi

“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi
10.07.2026 14:10 Cəmiyyət

10 iyul 2026-cı il tarixində “ASAN xidmət”ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, bu müraciət 7 saylı Bakı “ASAN xidmət" mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaşımız  İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib. O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN xidmət” artıq fəaliyyətinin 13-cü ilini başa vuraraq 14-cü ilinə qədəm qoyur. Bu müddət ərzində xidmət modeli vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərir. 

“ASAN xidmət” mərkəzlərində ümumilikdə 400-yaxın xidmət göstərilir.

Bununla yanaşı, “ASAN xidmət” modeli beynəlxalq səviyyədə də böyük maraq doğurur və bu günədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.

Artıq “ASAN xidmət” mərkəzlərinə 9 milyon 193 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.

TodayPress TV

FOTOLAR

“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 1
“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 2
“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 3
“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Bütün Xəbərlər