Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi

Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi
25.02.2026 13:42 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. 

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Agentliyin birgə təşkilatçılığı ilə keçirilən dövlət satınalmaları sahəsi üzrə maarifləndirmə tədbirlərində iştirak edib. 

Bir sıra dövlət qurumlarının rəhbərləri ilə yanaşı, satınalan təşkilatların nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirin birinci hissəsində Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət satınalmalarında açıq və rəqabətli mühitin formalaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, dövlət satınalmalarının vahid internet portalında yeni funksionallıqların tətbiqi üzrə atılan addımlar barədə məlumat verilib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dövlət satınalmalarının təkmil qanunvericilik normaları əsasında həyata keçirilməsi sağlam rəqabət mühitini möhkəmləndirməklə yanaşı, iqtisadi aktivliyin artmasına, yeni iş yerlərinin yaradılmasına və məşğulluğun yüksəlməsinə təkan verir.

Tədbir çərçivəsində Agentliyin Dövlət satınalmalarına nəzarət şöbəsinin sektor müdiri Nicat Xəlilov satınalan təşkilatlar üçün maarifləndirici təqdimatla çıxış edib. Təqdimat zamanı dövlət satınalmalarının əsas prinsipləri diqqətə çatdırılıb, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında yerləşən qurumlar tərəfindən keçirilmiş satınalmaların sayı və məbləği barədə geniş statistik məlumat təqdim edilib. Eyni zamanda, ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, habelə satınalma müqaviləsinin tərtibi qaydaları izah olunub.

Tədbirin sahibkarlar üçün təşkil edilmiş ikinci hissəsində Agentliyin sədri Elnur Bağırov çıxış edərək dövlət satınalmaları sahəsində tətbiq edilən yeni mexanizmlərin biznes subyektlərinin dövlət sifarişlərinə çıxışını asanlaşdırdığını, onlara bərabər və ədalətli iştirak imkanları yaratdığını bildirib. Qeyd edilib ki, dövlət və özəl sektor arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi Naxçıvanda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verir. 

Daha sonra Agentliyin Dövlət satınalmalarına nəzarət şöbəsinin sektor müdiri Nicat Xəlilov növbəti təqdimatla çıxış edərək satınalma prosedurlarının həyata keçirilməsi zamanı ortaya çıxan çətinliklər, təchizatçılar tərəfindən ən çox yol verilən səhvlər barədə məlumat verib. Satınalma proseslərindən kənarlaşdırılma riskləri, eləcə də “Etender.gov.az” portalı vasitəsilə dövlət satınalmalarında düzgün iştirak qaydaları diqqətə çatdırılıb. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və satınalma proseslərində uğurlu iştirak üçün praktiki tövsiyələr verilib. 

Naxçıvana səfər çərçivəsində Agentliyin sədri Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Naxçıvan regional bölməsinin əməkdaşları ilə də görüşüb. Görüşdə qurumun fəaliyyəti, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr üzrə müzakirələr aparılıb, qarşıya qoyulan hədəflərə nail olmaq üçün müvafiq tapşırıqlar verilib.

TodayPress TV

FOTOLAR

Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi — 1
Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər