Süni intellekt əsaslı işıqforlar: Yol infrastrukturu hazırdır ?

Süni intellekt əsaslı işıqforlar: Yol infrastrukturu hazırdır ?
27.02.2026 17:29 Cəmiyyət

"Ağıllı işıqforların adi işıqforlardan fərqi ondan ibarətdir ki, bu cür işıqforlar əsasən kameralar və sensorlar vasitəsilə yolun sıxlığını və yüklənmə səviyyəsini ölçür, lazım olduqda isə yaşıl işığın müddətini avtomatik olaraq dəyişir". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.


Onun sözlərinə görə, zərurət yarandıqda işığın yanma müddəti də dəyişir:

"Məsələn, bir istiqamətdə avtomobillər çoxdursa, yaşıl işığın müddəti uzadılır, boş istiqamətdə isə qısaldılır. Bu cür ağıllı işıqforlar tıxacların azalmasına kömək edir. Lakin bu o demək deyil ki, ağıllı işıqforlar quraşdırılan kimi möcüzə baş verəcək və bütün tıxaclar aradan qalxacaq. Əslində belə deyil. Bu sistem adaptivdir və nəqliyyat axınına uyğun şəkildə tənzimlənir, yəni sıxlığa qismən təsir göstərə bilir".

Ekspert vurğulayıb ki, tıxaclar azalarsa, avtomobillərdən atmosferə buraxılan zərərli qazların miqdarı da azalar:

"Tıxacda qalan avtomobillər atmosferə daha çox zərərli maddə, məsələn, karbon qazı buraxır. Tıxac az olduqda yanacaq sərfiyyatı da azalır. Bu isə sürücülərə iqtisadi baxımdan müsbət təsir göstərir. Hamımız bilirik ki, uzunmüddətli və böyük tıxaclar yanacaq sərfiyyatını artırır və sürücülərə xeyli maddi ziyan vurur. Məsələnin iqtisadi tərəfi budur. Ekoloji tərəfi isə ondan ibarətdir ki, atmosfer havası zərərli qazlarla çirklənir. Bu da gələcəkdə insan sağlamlığı üçün müəyyən mənfi fəsadlar yarada bilər".

Eldəniz Cəfərov əlavə edib ki, həmin işıqforlar vasitəsilə operativ müdaxilə etmək mümkündür:

"Məsələn, hər hansı yol-nəqliyyat hadisəsi və ya fövqəladə hal baş verərsə, sistem vasitəsilə prioritet dəyişdirilə bilər. Ancaq bir məsələ də var ki, belə ağıllı işıqforlar, qeyd etdiyim kimi, möcüzə yaratmır. Bunun üçün yol infrastrukturu da uyğun olmalıdır. Qayda pozuntuları azaldılmalı, parklanma nizamlı təşkil edilməlidir. Bir sözlə, insanlar da yol hərəkəti qaydalarına əməl etməlidirlər".

Onun fikrincə, texnologiya düzgün tətbiq olunsa və sadaladığım amillər də onu dəstəkləsə, Bakıda tıxacları təxminən 15% azaltmaq mümkün olar.

Qeyd edək ki, Bakının küçə və prospektlərində süni intellekt əsasında işləyən adaptiv işıqfor sistemi tətbiq olunmağa başlayıb. Pilot layihə çərçivəsində ümumilikdə 8 kəsişmədə ağıllı işıqforlar quraşdırılıb və artıq sınaq müddətində istifadəyə verilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Bütün Xəbərlər