ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzaladı

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzaladı
09.07.2025 16:14 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Anlaşma Memorandumu imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, sənədi ADY sədri Çinə səfəri çərçivəsində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə birlikdə imzalayıb.

Görüşdə Çin və Azərbaycan arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkənin dəmiryol qurumları arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir.

ADY sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-də Çinə dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafıdır. Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir.

Bildirilib ki, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 % artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Qeyd olunub ki, ADY və “Çin Dəmir Yolları” arasında əməkdaşlığın inkişafı Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir.

Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və Yol Təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.

Bundan başqa, səfər çərçivəsində R. Rüstəmov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovlə görüşüb.

Görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə dəstək verəcək.

Həmçinin ADY nümayəndə heyəti Çinə işgüzar səfəri zaman 8 iyul tarixində Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak edib.

“Yüksəksürətli dəmiryol nəqliyyatı: Dayanıqlılıq, innovasiya və inkişaf” (High-Speed Rail: Sustainability, Innovation, Prosperity”) mövzusunda keçirilən tədbirdə yüksəksürətli qatarların iqtisadi və sosial inkişafda rolu, dayanıqlı inkişaf və texnoloji innovasiyalar kimi məsələlər müzakirə olunub.

FOTOLAR

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzaladı — 1
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzaladı — 2
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzaladı — 3
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzaladı — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Bütün Xəbərlər