Litvalı jurnalist azərbaycanlı qəhrəmandan yazdı: “Cəsur döyüşçü Ülvi Məlikov!"

Litvalı jurnalist azərbaycanlı qəhrəmandan yazdı: “Cəsur döyüşçü Ülvi Məlikov!"
12.10.2025 12:54 Cəmiyyət

Litvalı jurnalist Riçardas Lapaitis Azərbaycan əsgərinin hekayəsindən dərin təsirlənərək onun haqqında araşdırma aparıb və nəticələrini sosial şəbəkədə paylaşıb.


TodayPress TV xəbər verir ki, jurnalist “Facebook” hesabında paylaşdığı yazıda ilk baxışda diqqət çəkən fotonun arxasında necə böyük bir qəhrəmanlıq hekayəsinin dayandığını danışıb. 

O yazıb ki, əsgərin formasında “Məlikov” soyadını görəndən sonra araşdırmaya başlayıb və Litvadan Azərbaycana qədər uzanan axtarışlar nəticəsində həmin şəxsin yaxın qohumu Samir Ramiz oğlu Salahovla əlaqə saxlayıb.

Lapaitis qeyd edib ki, Samir bəyin danışdıqları onu çox duyğulandırıb:

“İkinci şəkildə onun cəbhə dostlarını görürsünüz! Soldan sağa — azərbaycanlı əsgərlər İqbal, Əkbər, Səbuhi və İsrail! Onların hamısı Vətən uğrunda, qardaş kimi, eyni gün Suqovuşan döyüşlərində həlak olublar. Həmin döyüşdə Ülvi Məlikov yaralanıb — minaatan mərmisindən qəlpə ona dəyib. Amma o, döyüşü dayandırmayıb! Üstəlik, ağır yarasına baxmayaraq, döyüş meydanından bir silahdaşını çıxarıb. Sonradan məlum olub ki, həmin əsgər artıq şəhid olub…


Ülvi Məlikovu dərhal hospitala aparıblar. Vəziyyəti ağır idi. Onu ən çox incidən isə dostlarının şəhid olması idi. Metrodakı o baxışların arxasındakı hekayə budur… Kəlmələrlə ifadə edilməyən bir hüzn!"

Jurnalist qeyd edib ki, Ülvi Məlikov metroda yanında oturan qızla hospitalda müalicə alarkən tanış olub. Nürgül adlı tibb bacısı sonralar yaralılara kömək etmək üçün könüllü yazılıb. 

Ülvi Məlikov isə sağaldıqdan sonra evinə dönməyib, ön cəbhəyə qayıdaraq döyüşləri davam etdirib:

“O, kəşfiyyatçı idi. Suqovuşan istiqamətində yeddi postun azad edilməsində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub".


Lapaitis yazısında əlavə edib ki, bu gün Ülvi Məlikov gəmidə mexanik kimi çalışır, lakin onun keçirdiyi sarsıntılar hələ də davam edir:

“Fiziki yaralar keçib, amma ruhundakı ağrılar qalır. Ülvi hər il reabilitasiya kursu keçir. Məncə, o, hələ də Azərbaycan Ordusunun əsgəridir. Onun kimi igidlərin sayəsində bu gün Qarabağ azaddır!”


Jurnalist paylaşımının sonunda belə yazıb:

“Bilirəm, hamı soruşacaq ki, onlar indi bir yerdədirmi? Xeyr… Tale onları ayırıb. Amma Ülvi bu gün aramızdadır. Hər gün dənizə çıxan gəmi mexaniki! Bu da az şey deyil. Cəsur döyüşçü, sənə dərin ehtiramımı bildirirəm! Bir gün gələcək və səni çox möhkəm qucaqlayacam!"


Lapaitis Ülvinin dayısı Samir bəyin ifasında olan videonu da paylaşaraq yazısını “Bu, bizim ortaq tariximizin başlanğıcıdır” sözləri ilə tamamlayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Bütün Xəbərlər