“ABAD” 9-cu ilini qeyd etdi

“ABAD” 9-cu ilini qeyd etdi
23.09.2025 16:57 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını bu münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun doqquz illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, ötən il “ABAD”ın fəaliyyəti daha da genişlənib, işğaldan azad edilmiş ərazilərdə təqdimatlar keçirilib, bu bölgələrdən toplanan bal məhsulları brendləşdirilərək satışa çıxarılıb, ABŞ bazarına məhsul ixrac olunub. “Wolt Market” platformasında onlayn satış aktivləşdirilib, həmçinin beş yeni satış məntəqəsində “ABAD” məhsulları təqdim olunub. Bundan əlavə, müxtəlif yeni məhsul çeşidləri istehsal edilərək bazara çıxarılıb.

Pilot layihə olaraq Masallıda 7 ailə ilə fəaliyyətə başlayan “ABAD” 9 illik fəaliyyəti ərzində 677 ailəyə dəstək olaraq öz şəxsi bizneslərini inkişaf etdirməsi üçün xidmət göstərib. Həmin sahibkarlardan 508 nəfər dekorativ-tətbiqi xalq sənətimizi canlandıran və qoruyan istedadlı sənətkarlardır. 144 “ABAD”çı isə keyfiyyətli və təbii qida məhsulları istehsal edir. Bundan əlavə, 25 sahibkar müxtəlif sahələrdə öz bizneslərini uğurla inkişaf etdirir.

Tədbir çərçivəsində xidməti fəaliyyətində fərqlənən əməkdaşlar təşəkkürnamələrlə təltif olunublar.

“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb və ötən doqquz il ərzində ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması və regionlarda sahibkarların biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görüb.

TodayPress TV

FOTOLAR

“ABAD” 9-cu ilini qeyd etdi — 1
“ABAD” 9-cu ilini qeyd etdi — 2
“ABAD” 9-cu ilini qeyd etdi — 3
“ABAD” 9-cu ilini qeyd etdi — 4
“ABAD” 9-cu ilini qeyd etdi — 5
XƏBƏR LENTİ
19 IYUN 2026
Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxdı 22:06 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 Bütün Xəbərlər