Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ?

Tokio Putinə görə təcili hərəkətə keçdi  - NƏ BAŞ VERİR ?
14.08.2026 13:45

Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının mübahisəli İturup adasına səfəri Yaponiya ilə Moskva arasında gərginliyi yenidən artırıb. Tokio adanı özünün “əzəli ərazisi” hesab edir və səfərə etiraz olaraq Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir.

Bu, Yaponiyanın onsuz da Rusiya ilə gərgin olan münasibətlərini daha da pisləşdirə bilərmi? Moskva bu addımla Tokionu hansısa məsələdə geri çəkilməyə məcbur etmək istəyir, yoxsa məqsəd Rusiyanın Sakit okeandakı mövqeyini nümayiş etdirməkdir?

Sözügedən məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.


O, qeyd edib ki, Putinin Kuril adalarına səfəri hərbi təlimlərlə bağlı idi:

“O, Sakit okean donanmasının hərbi təlimlərini müşahidə etdikdən sonra bölgədə yerləşən bir sıra müəssisələrə də baş çəkdi. Bu, Putinin prezident kimi Kuril adalarına ilk səfəri idi. Bundan əvvəl, 2010-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev Kuril adalarına səfər etmişdi. Həmin vaxt Yaponiya bu addıma eyni cür reaksiya vermiş, hətta məsləhətləşmələr üçün Moskvadakı səfirini geri çağırmışdı”.

Analitik xatırladıb ki, 1955-ci ildən etibarən Yaponiya ilə Rusiya arasında sülh danışıqları aparılır. Lakin iki ölkə arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

“Təbii ki, Putinin bu səfəri Yaponiya ilə münasibətləri daha da pisləşdirəcək. Ancaq münasibətlər onsuz da 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra ciddi şəkildə gərginləşib. Yaponiya Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub. Görünür, Putin bu səfərlə Yaponiya hökumətinə mesaj vermək istəyir ki, əgər sülh danışıqlarının davam etdirilməsini istəyirsinizsə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan geri çəkilin və Avropa ilə birlikdə Rusiyaya təzyiq göstərmək siyasətinin yanlış olduğunu anlayın. Əks halda, sülh danışıqlarının bundan sonra davam etdirilməsi mümkün olmayacaq”.

Ekspert vurğulayıb ki, Yaponiya Kuril adalarının dördünü öz ərazisi hesab edir və Putin həmin adalardan birinə səfər edib:

“Güman edirəm ki, Rusiyanın atdığı bu addım əks nəticə verə bilər. Yaponiya Avropa ilə birlikdə Ukraynaya yardımları artırmaq və Rusiyaya qarşı təzyiqi gücləndirmək yolunu seçə bilər. Bu isə, təbii ki, Rusiya-Yaponiya münasibətlərinə uzun müddət təsir göstərəcək”.

Jalə Rövşən

XƏBƏR LENTİ
20 AVQUST 2026
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Bütün Xəbərlər