Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı - VİDEO

Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı - VİDEO
27.07.2026 10:56

İlk dəfə Rusiya 2015-ci ilin oktyabr ayında Xəzər dənizindəki hərbi gəmilərindən qanadlı raketlər buraxaraq Suriyadakı hədəfləri vurmuşdur. Bu hərbi əməliyyat zamanı raketlər təxminən 1500 kilometr məsafə qət edərək İŞİD və digər qruplaşmaların mövqelərini hədəfə almışdır.


Böyük ehtimalla, Rusiyanın bombardmanına qədər son dəfə İkinci Dünya Müharibəsində almanlar Xəzəri bir neçə bomba ata bilmişdilər. Amma 2015-ci ildə

Rusiya Əsədin dəvəti ilə Suriya müharibəsinə qatıldığı günlərdə İŞİD qüvvələrini vurmaq üçün Xəzərdən istifadə etməsi sülh dənizini gözləyən məhnus gələcəkdən xəbər verirdi.

Rusiya nəzərə almadı ki, ondan başqa dörd ölkənin də akvatoriyada maraqları var və dünyadakı hansısa savaşı gətirib Xəzərə bənd etməyə ehtiyac yoxdur.

Bu “bakirəliyin” pozulması aktı 2026-cı ildə  özünün ən yüksək zirvəsinə yetişdi.

İsrail ordusunun 19 mart günü Xəzər dənizində İran infrastrukturuna zərbələr endirdi. Bu, İrana qarşı hücumun başlanğıcından əvvəlki belə bir hücum idi.

Ordu hücumlarının raket qayıqları və patrul gəmiləri də daxil olmaqla onlarla dəniz gəmisinin dayandığı hərbi limanı hədəf aldığını iddia etdi.

Bəyanatda hücumların həmçinin hava hücumundan müdafiə sistemləri və sualtı qayıq müdafiə raketlərlə təchiz edilmiş hərbi gəmilərə, eləcə də İranın bölgədəki dəniz fəaliyyətinin idarə olunduğu mərkəzi komandanlıq qərargahına zərbə vurulduğu iddia edildi.

Bildirildi ki, zərbələr dəniz gəmilərinin saxlanması və təmiri üçün quraşdırılmış infrastrukturu hədəfə aldı və limanın adı ilə təcili dəniz əməliyyatları üçün istifadəsi qeyd edildi.

Nəhayət, bu günlərdə  Ukrayna Xəzər dənizində, Rusiyaya silah daşıyan İran ticarət gəmisini vurdu.

Hörmüz boğazı və Qırmızı dənizdən sonra İran müharibəsi indi Xəzər dənizinə yaxındırmı sualları meydana çıxır. 

Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumu Ukrayna və Yaxın Şərqdəki müharibələr arasında artan üst-üstə düşmədə yeni bir cəbhə aça bilər.

Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanı İranın ABŞ-a qarşı hərbi əməliyyatına kömək etməkdə günahlandırarkən, uzun mənzilli zərbələrin İranla  aid yük daşıyan gəmilərini hədəf aldığını söylədi.


Hadisə ABŞ-ın İrana qarşı hücumlarında 13 gecə davam edən bombardmanlardan sonra dayanmasına baxmayaraq, gərginliyin yüksək qaldığı bir vaxtda baş verdi. Bu, uzun müddətdir İranın ən təhlükəsiz dəniz yollarından biri hesab edilən Xəzər dənizinin qarşıdurma üçün başqa bir arenaya çevrilməsi ilə bağlı suallar doğurdu.

ABŞ Hörmüz boğazı ətrafında dəniz blokadasını davam etdirir, Yəmənin husi üsyançıları isə Qırmızı dənizdən keçən gəmiçiliyi pozmağa davam edir.

Xəzər dənizi yaxınlığında ticarətə qarşı hər hansı bir təhdid İranın strateji dəniz dəhlizlərini daha da sıxışdıracaq. Buna görə də, hadisənin yeni bir əməliyyat cəbhəsinin açılmasını, yoxsa sadəcə İrana xəbərdarlıq məqsədi daşıdığını bildirməklə bağlı suallar yaranır.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

FOTOLAR

Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı - VİDEO — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Bütün Xəbərlər