Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər

Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər
06.08.2026 11:36

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri başlayıb. Bu iki səfər arasında birbaşa əlaqə olmasa da, hər iki istiqamətdə Rusiyanın siyasi və ekspert çevrələrinin növbəti hücumlarını müşahidə edəcəyik".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Ermənistan lideri Qırğzıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək:

"Paşinyan hesab edir ki, qurum iflic vəziyyətdədir, hətta təşkilatı Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına bənzədib. Çünki, Rusiya Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşı olan Ermənistandan məhsulların ixracına qadağalar qoyub. Kreml bu yolla Qərblə yaxınlaşan Nikol Paşinyan hökumətini cəzalandırmağa çalışır. Bu Kremlin siyasi qərarıdır. Halbuki, Rusiyanın qadağaları özünün formalaşdırdığı Avrasiya İqtisadi İttifaqının fəaliyyət mexanizminə ziddir. Bu səbəbdən Paşinyan Qırğızıstana sözünü deməyə gedib. Buna qarşı Kremlin əks-arqumentləri də səsləndiriləcək".

Analitik diqqətə çatdırıb ki, Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək:

"Azərbaycanın istənilən dövlətlə tərəfdaşlığı ölkəmizin müstəsna hüququdur və buna heç bir dövlət qarışa bilməz. Bununla yanaşı Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Kiyevlə əməkdaşlıq edənləri də hədəfində saxlayır".

O vurğulayıb ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Qordonun iki il dalbadal dövlət başçısına verdiyi eyni suala “Ukrayna işğalla barışmamalıdır” cavabı Rusiyadakı şovinist dariələrin qəzəbinə səbəb olub.

"Bunlara elə gəlir ki, Azərbaycan Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını həzm etməlidir. Ceyhun Bayramov bir müddət əvvəl Moskvaya səfər etdiyi kimi, bu gün də Kiyevə səfər edib. Ukrayna Azərbaycanın tərəfdaşıdır və bu ölkəyə siyasi, iqtisadi və humanitar dəstəyini əsirgəməyəcək",- politoloq fikrini tamamlayıb.

Qeyd edək ki, avqustun 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiha və digər yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşlər keçirilir. 

Jalə Rövşən 

FOTOLAR

Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Bütün Xəbərlər