İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək?

İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək?
21.07.2026 15:03

İsrailin qondarma "erməni soyqırımı"nı tanımaq qərarı Azərbaycanın təzyiqindən sonra Knessetdə səsverməyə çıxarılmayıb. İsrailin xarici işlər naziri Gideon Saarın dəstəklədiyi bu addım, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ilə əlaqə saxlamasından sonra dayandırılıb.

Gələcəkdə hökumət dəyişikliyi baş verərsə, bu məsələnin yenidən gündəmə gətiriləcəyi istisna deyil. Bəs belə bir hal baş versə, Azərbaycan hansı addımı atacaq?

Sözügedən məsələ ilə bağlı politoloq Natiq Miri TodayPress TV-yə danışıb. 

Onun sözlərinə görə, qondarma "erməni soyqırımı" süni şəkildə hazırlanaraq ortaya atılmış bir ideyadır və Osmanlıdan sonra Türkiyə dövlətinə təzyiq vasitəsi kimi yaradılıb:

"Bunun arxasında kimlərin dayandığı və bundan kimlərin istifadə etdiyi hamıya məlumdur. Bu barədə həm Türkiyə, həm də Azərbaycan mediasında dəfələrlə danışılıb. Ona görə də belə süni geosiyasi təzyiq alətinin mümkün olduğu qədər qarşısının alınmasına ehtiyac var. Ən azı Türkiyənin gücü və onun qardaşı olan Azərbaycan kimi dövlətlərin birliyi ortada olduqca bunu bütün dünyaya nümayiş etdirmək önəmlidir. Bu baxımdan Azərbaycan dövlətinin və hakimiyyətinin atdığı addım hər kəs üçün bir dərs olmaqla yanaşı, qardaş Türkiyə cəmiyyətində də müsbət qarşılanır və yüksək qiymətləndirilir."

Analitik vurğulayıb ki, eyni münasibət Türkiyə dövləti tərəfindən də qardaş Azərbaycana göstərilməlidir və onun fikrincə, hazırda da vəziyyət belədir.

Politoloqun  sözlərinə görə, gələcəkdə İsraildə hökumətin dəyişib-dəyişməməsindən asılı olmayaraq, qondarma "erməni soyqırımı" ilə bağlı yenidən hansısa siyasi şou ortaya çıxarsa, bunu böyük faciəyə çevirməyə ehtiyac yoxdur. Çünki qondarma "erməni soyqırımı" iddiası artıq beynəlxalq səviyyədə əvvəlki təsir imkanlarına malik deyil və öz  gücünü xeyli itirib.

"Bu məsələnin birinci tərəfi... İkinci tərəfdən isə bu, tarixi və hüquqi baxımdan əsaslandırılmamış, heç bir hüquqi nəticə doğurmayan, süni şəkildə ortaya atılmış təzyiq vasitəsidir. Belə siyasi qərarlarla Türkiyəyə təzyiq göstərmək və onu milli maraqlarından geri çəkindirmək mümkün deyil. Üçüncüsü, qondarma "erməni soyqırımı" məsələsi artıq təkcə qlobal səviyyədə deyil, Ermənistan hökuməti səviyyəsində də əvvəlki əhəmiyyətini itirib. Əgər Ermənistanın dövlət və hökumət rəhbərliyi belə bu məsələnin erməni xalqı və dövləti üçün zərərli olduğunu bildirir, onun süni şəkildə gündəmə gətirildiyini iddia edirsə, o zaman İsrailin və ya başqa dövlətlərin bu istiqamətdə bir dəfə yox, on dəfə siyasi qərar qəbul etməsinin də xüsusi əhəmiyyəti qalmır.

Bəs bu qərarlar  kim üçündür?   Ermənistana xidmət edirmi? Ermənistan hökumətinin özü belə bunu qəbul etmirsə, artıq ortada qalmış süni bir ideyadan söhbət gedir. Mən hesab edirəm ki, qondarma "erməni soyqırımı"nın yeri tarixin zibilliyidir. Buna görə də bunu böyük faciəyə çevirməyə ehtiyac yoxdur". 

O, bildirib ki, perspektivdə İsraildə başqa bir hökumət hakimiyyətə gəlsə belə, həmin hökumətin də Azərbaycanla münasibətləri normal səviyyədə davam etdirəcəyini düşünür: 

"Azərbaycan-İsrail münasibətləri təkcə Netanyahu hökumətindən asılı deyil. Azərbaycan hər zaman öz ərazisində yaşayan yəhudilərə normal həyat üçün bütün imkanları yaradıb. Heç vaxt yəhudilər Azərbaycanda sıxışdırılmayıb, onlar Azərbaycan türkləri ilə eyni hüquqlara malik olublar. Bunu həm Azərbaycanda yaşayan yəhudilər, həm də Azərbaycandan İsrailə köçmüş yəhudilər yaxşı bilir və yüksək qiymətləndirirlər. Buna görə də hökumətlərin dəyişməsi Azərbaycana münasibəti dəyişməyəcək. Çünki bu, bütövlükdə yəhudi xalqının Azərbaycana münasibətidir. Bu, müsəlman xalqları arasında, eləcə də digər dinlərə mənsub dövlət və cəmiyyətlər fonunda istisna təşkil edən bir nümunədir. Azərbaycan tolerant xalqdır.  Ən çətin dövrlərdə belə yəhudi xalqına sahib çıxan, onları qoruyan xalq və dövlət olub. Təbii ki, bu münasibət qiymətləndirilir." 

Natiq Miri hesab edir ki, bu məsələnin gələcəkdə ciddi təhlükəyə çevriləcəyi ehtimalı yüksək deyil: 

"Süni şəkildə yenidən gündəmə gətirilsə belə, mən bunu faciə hesab etmirəm. Çünki tərəzinin bir gözündə Azərbaycanın milli maraqları dayanır və bu maraqlar istənilən belə məsələdən qat-qat üstündür. Önəmsiz bir iddiaya görə dövlətlərlə münasibətləri tamamilə korlamaq, onları düşmənçilik səviyyəsinə çatdırmaq düzgün yanaşma deyil. Mən hər kəsin ilk növbədə özünə baxmasının tərəfdarıyam. Heç kimi ittiham etmə ki, səni də ittiham etməsinlər. Bağışlamaq da böyüklük əlamətidir. Ona görə də bunu faciəyə çevirmirəm və gələcəkdə belə bir problemin yaranacağını da düşünmürəm. Əksinə, İsrail-ABŞ-İran qarşıdurması da nə vaxtsa başa çatacaq və münasibətlər yenidən əvvəlki kimi isti məcraya qayıdacaq. Həmin mərhələdə münasibətlərin yenidən qurulmasına ehtiyac yaranacaq". 

Onun qənaətincə, Azərbaycanın da dəfələrlə vurğuladığı kimi, münasibətləri kəsib atmağa ehtiyac yoxdur: 

"Necə ki, arx gəlməmiş çirmənməzlər, eləcə də körpüləri əvvəlcədən yandırmaq düzgün deyil. Çünki geriyə dönüş prosesi baş verə bilər və həmin vaxt həm siyasi, həm də mənəvi-psixoloji baxımdan dialoqa və kommunikasiyaya ehtiyac yaranacaq".

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər