Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir?

Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir?
14.07.2026 15:28

ABŞ Prezidenti Donald Tramp son müsahibəsində Amerika Birləşmiş Ştatları strateji tranzit zonası olan  Hörmüzün  təhlükəsizliyini təmin etdiyi üçün burdan istifadə edən ölkələrin bunun qarşılığında Vaşinqtona ödəniş etməli olduqlarını deyib. 

Buna dünyada "Torpaqbasdı" deyirlər.  ABŞ Hörmüzü zəbt edib sonra da, buradan qazanmaq istəyir.   

Yeri gəlmişkən, qeyd edək ki,  Azərbaycan da strateji tranzit ölkəsidir. Azərbaycan öz ərazisindən istifadə edən ölkələrdən qanunvericiliklə tənzimlənən yol vergisi, tranzit tarifləri və torpaq istifadə haqları alır. 

Azərbaycan Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən, xarici qeydiyyatlı nəqliyyat vasitələri ölkə ərazisinə daxil olarkən və ya tranzit keçid həyata keçirərkən yol vergisi ödəyirlər. Bu ödənişlər gömrük orqanları tərəfindən tutulur və dövlət büdcəsinə köçürülür.

Xarici qeydiyyatlı minik avtomobilləri üçün yol vergisi mühərrikin həcmindən və ölkədə qalma müddətindən asılı olaraq dəyişir. Bir aya qədər bu məbləğ 15–40 ABŞ dolları, üç aya qədər 30–60 ABŞ dolları, bir ilə qədər isə 40–120 ABŞ dolları təşkil edir. Bir ildən artıq qalma hallarında əlavə gündəlik tariflər tətbiq olunur.

Yük avtomobilləri, avtobuslar və ağır tonnajlı nəqliyyat vasitələri üçün ödənişlər oturacaq sayı, ox sayı, ümumi çəkisi və daşınan yükün növünə əsasən hesablanır. Ağır və iriqabaritli yüklərin daşınması zamanı isə kilometrə görə 0,15–0,75 ABŞ dolları həcmində əlavə ödəniş nəzərdə tutulur.

2025–2026-cı illər üçün tətbiq olunan güzəştlərə əsasən, dəmir yolu ilə kombinə edilmiş yükdaşımalarında iştirak edən bəzi xarici yük avtomobilləri yol vergisindən azaddır. Bu addım intermodal daşımaların inkişafını təşviq etmək məqsədi güdür.

Azərbaycan üçün mühüm gəlir mənbələrindən biri də boru kəmərləri vasitəsilə həyata keçirilən enerji tranzitidir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru Kəməri və digər enerji layihələri üzrə tranzit haqları beynəlxalq müqavilələrlə tənzimlənir və ölkəyə hər il milyonlarla dollar gəlir gətirir. Dəmir yolu tranziti də ayrıca tarif sistemi əsasında idarə olunur. Bu tariflər ictimaiyyətə açıq deyil və konkret rəqəmlər konfidensial xarakter daşıyır.

Bundan başqa, tranzit infrastrukturunun yerləşdiyi dövlət və ya bələdiyyə torpaqlarından istifadəyə görə torpaq icarə haqları ödənilir. Bu məbləğlər torpağın yerləşdiyi əraziyə, sahəsinə və təyinatına uyğun olaraq icarə müqavilələrində müəyyən edilir.

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər